...

BMT-nin İnkişaf Proqramı Azərbaycanda İKT sahəsinin inkişafı üçün atılan addımları yüksək qiymətləndirir

Siyasət Materials 13 Mart 2019 13:32 (UTC +04:00)

Bakı. Sara İsrafilbəyova - Trend:

BMT-nin İnkişaf Proqramı Azərbaycanda İKT sahəsinin inkişafı üçün atılan addımları və “elektron hökumət” sisteminə tam keçidi yüksək qiymətləndirir.

Trend-in məlumatına görə, bunu BMT-nin İnkişaf Proqramı rəhbərinin müavini, Avropa və MDB üzrə regional bürosunun direktoru Miryana Egge Bakıda beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində keçirilən VI Regional İnternet İdarəçilik Forumunda deyib.

O qeyd edib ki, internet və informasiya texnologiyaları cəmiyyətin vacib tərkib hissəsidir.

Regional forumun rolundan danışan M.Egge vurğulayıb ki, bu tədbir internet texnologiyalarının potensialını öyrənmək və kibertəhlükələrdən qaçmaq imkanlarını yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti