Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılışında iştirak ediblər (YENİLƏNİB) (FOTO)

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılışında iştirak ediblər (YENİLƏNİB) (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində iştirak ediblər.

Dövlətimizin başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi.

DOST Agentliyinin və ilk DOST mərkəzinin 7 mərtəbəli inzibati binasının memarı Nəriman İmaməliyevdir. Neomodernizm üslubunda inşa edilən bu bina mühəndis sistemləri baxımından ən müasir tələblərə cavab verir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva binada yaradılan şəraitlə yaxından tanış oldular.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev binada yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, mərkəzdə xidmətin asanlaşdırılması məqsədilə elektron lövhələr və məlumat köşkü yaradılıb. Nazirliyin aidiyyəti qurumlarının fəaliyyəti mərkəzdə əlaqəli şəkildə təmin edilib. Əlilliyi olan şəxslər üçün lazımi şərait yaradılıb. Xidmətlər vahid standartlar əsasında və bir-birinə inteqrasiya olunmuş şəkildə elektron müstəvidə təqdim olunur. DOST mərkəzlərində proaktiv xidmətlər də göstəriləcək, vətəndaşlara bu və ya digər sosial hüquqları barədə məlumat veriləcək.

Qeyd edək ki, ilk DOST mərkəzi gün ərzində 350 vətəndaşı qəbul edə biləcək. Mərkəz ilkin mərhələdə Bakının Yasamal və Səbail rayonlarının əhalisinə xidmət edəcək. İl ərzində 100 mindən artıq vətəndaşa “bir pəncərə” prinsipi ilə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində 126 xidmət göstəriləcək. Mərkəzdə 96 nəfər, “Gənc DOST” proqramı üzrə isə 50 könüllü fəaliyyət göstərəcək. Burada “Pensiya və sosial sığorta”, “Sosial müavinətlər və təqaüdlər”, “Əllilik, tibbi ekspertiza və protez-ortopedik təminat”, “Sosial xidmətlər və övladlığa götürmə məsələləri”, “Əmək münasibətləri”, “Məşğulluq xidmətləri”, “Sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət xidmətləri”, “Bank və notarius xidmətləri” də var. Beləliklə, mərkəz vətəndaşların nazirlik üzrə bütün xidmətlərdən “bir pəncərə”yə müraciət edib və “bir pəncərə”dən faydalanmasına imkan verir. Vətəndaşlara məsləhət və məlumat xidmətləri də göstəriləcək. Onların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsi də təmin ediləcək.

Dövlətimizin başçısı və birinci xanım əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgiyə də baxdılar.

Prezident İlham Əliyevin uğurlu sosial siyasəti əhalinin rifah halının yaxşılaşdırılmasına, həssas qruplara dövlət qayğısının artırılması istiqamətində kompleks tədbirlərin ildən-ilə güclənməsinə, bu sahədə mühüm addımların atılmasına, ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan yaradıb. Bunlarla yanaşı, Prezident İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Dövlətimizin başçısının “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il avqustun 9-da imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir. DOST Agentliyi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir.

Əhalinin sosial müdafiəsi istiqamətində son illər görülən işlərlə bağlı da məlumat verildi.

Qeyd edildi ki, ilin birinci rübündə dövlətimizin başçısı tərəfindən həyata keçirilən sosial islahatlar paketinin uğurlu nəticələri kimi əhalinin rifah halının yaxşlaşdırılması istiqamətində atılan mühüm addımlar 3 milyondan artıq vətəndaşın rifahına mühüm dəstək olub. O cümlədən, minimum əməkhaqlarının və pensiyanın minimum məbləğinin 40 faizədək, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılması təmin edilib. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ötən il şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 626 mənzil verilib, 265 nəfər isə avtomobillə təmin olunub. 2019-cu ildə isə azı 800 mənzilin və 600 avtomobilin qeyd olunan kateqoriyalara aid şəxslərə verilməsi nəzərdə tutulur. Bildirildi ki, 2019-cu ildə bir neçə reabilitasiya və sosial xidmət müəssisəsi də istifadəyə veriləcək. Ötən il Özünüməşğulluq Proqramından 7267 ailə istifadə edib. Bu il 10 min ailənin bu proqrama qoşulması nəzərdə tutulur.

Sonra DOST Agentliyinin E-sosial portalı, E-pensiya və məşğulluq altsistemi barədə videoçarx nümayiş olundu.

Vurğulandı ki, hazırda dünya təcrübəsində oxşar layihələr olsa da, DOST mərkəzləri əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 126 xidmətin “bir pəncərə”dən təqdim edilməsinə imkan verən, əhatə dairəsi geniş olan, innovativ yenilikləri özündə birləşdirən nadir layihədir. Ona görə də DOST mərkəzlərinin ölkəmizin dövlət sosial xidmətləri sahəsində Azərbaycanın yeni brendinə çevriləcəyi gözlənilir. Agentlik DOST mərkəzləri vasitəsilə "bir pəncərə" prinsipi ilə 2,8 milyon şəxsə xidmət göstərəcək. Agentliyin 2019-2025-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. DOST Agentliyinin mərkəzi aparatında 315 nəfər, DOST mərkəzlərində kateqoriyasından asılı olaraq 50-100 nəfər xüsusi təlim keçən sosial agentlər və sosial işçilər fəaliyyət göstərəcək. “Gənc DOST” könüllülər proqramı hazırlanıb və artıq 50 könüllü işə başlayıb. Hər mərkəzdə 30-50 könüllünün, gələcəkdə isə yaşlıların cəlbi də nəzərdə tutulur.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva DOST Agentliyinin bir qrup işçisi və “Gənc DOST” könüllüləri ilə görüşdülər.

Agentliyin işçilərini və “Gənc DOST” könüllülərini salamlayan Prezident İlham Əliyev dedi:

- Əziz dostlar, bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. İlk DOST mərkəzi açılır, fəaliyyətə başlayır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Keçən ilin avqust ayında mənim Sərəncamımla DOST Agentliyi yaradıldı və şadam ki, qısa müddət ərzində, heç bir il keçməmiş birinci mərkəz artıq fəaliyyətə başlayır. Bildiyiniz kimi, Bakıda, bütün bölgələrdə bütövlükdə 31 mərkəz yaradılacaq. Vətəndaşlara yüksək xidmət göstərmək üçün burada bütün şərait, bütün imkanlar var. Bina çox gözəldir, müasirdir, həm xarici görünüşü, həm də dizayn-tərtibat baxımından. Bu, bir daha onu göstərir ki, sosial sahə bizim üçün prioritet sahədir. Hər mərkəzdə təqribən 100-150 iş yeri olacaq, bu da çox önəmlidir. Hər bir mərkəzdə könüllülər qrupu fəaliyyət göstərəcək. Beləliklə, bu mərkəzlər vətəndaşlara yüksəksəviyyəli xidmət etmək üçün gözəl şərait yaradacaqdır.

Sosial sahə bizim üçün prioritet sahədir. Bu sahəyə çox böyük diqqət göstərilir və bu istiqamətdə aparılan islahatlar artıq özünü göstərir. DOST Agentliyinin yaradılması bu istiqamətdə atılmış çox önəmli islahatdır. Növbəti illərdə bu agentliyin fəaliyyətinin genişləndirilməsi əminəm ki, vətəndaşlar tərəfindən də çox yüksək qiymətləndiriləcək. Beləliklə, bu sahə ilə bağlı bizim siyasətimiz daha da geniş miqyasda və məqsədyönlü şəkildə icra ediləcəkdir. Sosial sahə hər bir ölkə üçün böyük önəm daşıyır. Azərbaycanda da bu sahəyə böyük diqqət göstərilir. Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Çalışırıq bütün əlavə gəlirlərimizi sosial sahəyə yönəldək ki, vətəndaşların rifah halı daha da yaxşılaşsın, işsizliklə bağlı problemlər daha da yüksək səviyyədə həll olunsun və ölkəmizin dinamik inkişafı təmin edilsin. Əlbəttə buna nail olmaq üçün, ilk növbədə, iqtisadi inkişaf olmalıdır və biz bu məsələ ilə bağlı ciddi məşğuluq. Qeyri-neft sektorunun, sahibkarlığın inkişafı bir-biri ilə bağlı olan məsələlərdir. Hesab edirəm ki, Azərbaycanda bu istiqamətdə işlər uğurla gedir. İqtisadiyyatımız çoxşaxəli iqtisadiyyata çevrilir. Bildiyiniz kimi, özəl sektor ümumi daxili məhsulumuzda təqribən 80 faiz təşkil edir. Beləliklə, iqtisadi artım, iqtisadi sahədə aparılan islahatlar, büdcə daxilolmalarının artımı, əlbəttə ki, sosial sahəyə böyük diqqət göstərmək üçün imkan yaradır. Deyə bilərəm ki, bu ilin dörd ayında vergi və gömrük orqanları təqribən 400 milyon manata yaxın əlavə vəsait toplayıblar - 270 milyon manat vergi orqanları, 100 milyon manatdan bir qədər çox gömrük orqanları. Yenə də şəffaflıq, yenə də islahatlar hesabına. Bu əlavə maliyyə resursu imkan verir ki, biz pensiyaları, maaşları, sosial müavinətləri artıraq və bunu edirik. Bildiyiniz kimi, bu yaxınlarda çox ciddi sosial paket hazırlanıb təsdiqləndi və 3 milyona yaxın insan bu imkanlardan bəhrələnib. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq, minimum əməkhaqqının, minimum pensiyanın artırılması gündəlikdə duran məsələlərdir. Məşğulluğun inkişafı - yəni, qeyri-qanuni məşğulluqla mübarizə nəticə verir və beləliklə, ölkəmizin iqtisadi və sosial siyasəti bir-biri ilə uzlaşır. Bu, belə də olmalıdır. Ancaq biz bunu tam şəkildə icra etsək, ölkəmizin dayanıqlı uğurlu inkişafı təmin olunacaqdır.

Sosial sahədə bir önəmli təşəbbüs də Özünüməşğulluq Proqramıdır. Mən çox şadam ki, vətəndaşlar bu proqrama çox böyük maraq göstərirlər. Biz artıq bir neçə ildir ki, bu işlərlə məşğuluq. Son dövrdə bu sahədə daha fəal iş aparılır və şadam ki, müraciətlərin sayı artır. Mənim təşəbbüsümlə biz Dünya Bankı ilə bu məsələni müzakirə etdik. Biz onları da bu işlərə cəlb etdik. Dünya Bankı da öz maliyyə resurslarından istifadə edərək bu sahəyə vəsait ayıracaq və beləliklə, bu il təqribən 10 minə yaxın vətəndaş Özünüməşğulluq Proqramı ilə əhatə olunacaq. Gələcəkdə bu işin miqyası artmalıdır. Bu, həm məşğulluğun artırılmasına xidmət edəcək, eyni zamanda, ölkə iqtisadiyyatına böyük töhfə olacaq. Özünüməşğulluq Proqramının qeyri-neft sektorunun, kənd təsərrüfatının, xidmət sektorunun inkişafı üçün çox böyük əhəmiyyəti var.

Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır – islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək.

Mən çox şadam ki, burada işləyənlərin demək olar, hamısı gənclərdir və gənclər üçün yaradılan şərait gələcəyə qoyulan sərmayədir. Çünki gənclər gələcəkdə ölkəmizi idarə edəcəklər, öz töhfələrini verəcəklər. Gənclər bilikli, savadlı, vətənpərvər və qayğıkeş olmalıdırlar. Əminəm ki, siz burada vətəndaşlara çox yüksək xidmət göstərəcəksiniz.

Sizi bir daha bu gözəl hadisə münasibətilə ürədən təbrik edirəm. Arzu edirəm ki, tezliklə növbəti DOST mərkəzləri yaradılsın. Sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

ETSN Bakıda ağac kəsilməsi ilə bağlı prokurorluğa müraciət edəcək
ETSN Bakıda ağac kəsilməsi ilə bağlı prokurorluğa müraciət edəcək
İsmayıllıda məclis keçirilməsinin qarşısı alınıb
İsmayıllıda məclis keçirilməsinin qarşısı alınıb
Cəlilabadda avtoxuliqanlar saxlanılıb
Cəlilabadda avtoxuliqanlar saxlanılıb
Loading Bars
Xəbər lenti
Havada toz dumanı müşahidə olunur
BTC vasitəsilə Türkiyəyə neft nəqli azalıb
SOCAR İstiqrazlarının növbəti faiz ödənişi həyata keçirilib
AŞ PA Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün dəstəyini təklif edə bilər
Maliyyə Nazirliyi “Sovetski” adlanan ərazidə yaşamış bir qrup sakinin iddialarına münasibət bildirib
İtkin düşən daha 2 hərbi qulluqçumuzun nəşi tapılaraq ailəsinə təhvil verilib
Vətən müharibəsində itkin düşən hərbçilərin sayı açıqlanıb
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində elmi-praktiki seminar keçirilib (FOTO/VİDEO)
İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - Hərbi Prokurorluq
Aprelin 21-nə USD/AZN rəsmi məzənnəsi
Bir sıra ölkələrdən Azərbaycana quş və quş ətinin gətirilməsi qadağan edildi
Ermənistan 10 noyabr bəyanatının iqtisadi və nəqliyyat əlaqələrinin canlandırılması ilə bağlı bəndinə əməl etmir - "Azernews"
Kunio Mikuriya: Azərbaycan gömrük xidmətinin informasiya texnologiyalarının tətbiqi sahəsində atdığı addımları alqışlayırıq (FOTO)
Məhkəmə həbsdə olan generalın vəsatətini rədd etdi
Bu ilin ilk rübündə ƏƏSMN-in e-xidmətlərinə 3,5 milyon müraciət qeydə alınıb
Nardarandakı daş karxanasının fəaliyyəti dayandırılacaq
Xalq Bank ilin ilk rübünün yekunlarını açıqladı
“Enactus Azərbaycan Yaz Məktəbi” layihəsi baş tutub (FOTO)
Abşeron yarımadasındakı göllərin abadlaşdırılmasına iş adamları cəlb ediləcək
Milli Məclisin növbəti plenar iclasının gündəliyi məlum oldu
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 197 nəfər COVID-19-a yoluxub, 34 nəfər vəfat edib
Bu il çaylara 6,3 milyon balıq buraxılacaq - Nazirlik
Bakıdakı kanalizasiya şəbəkələrinin təxminən 50-55 faizi mərkəzləşdirilməyib - Agentlik sədri
Bakı Avro-2020-nin daha çox matçını qəbul edə bilər
ETSN Bakıda ağac kəsilməsi ilə bağlı prokurorluğa müraciət edəcək
Clarivate Analytics şirkəti müəllimlərimiz üçün növbəti vebinar keçirib
Özünüməşğulluq proqramına cəlb olunanların sayı bu il 2017-ci ilə nisbətən 13,6 dəfə artacaq
İsmayıllıda məclis keçirilməsinin qarşısı alınıb
Maştağada 9 obyektin su təchizatı şəbəkəsinə qanunsuz qoşulması aşkarlanıb
Angela Merkel Qarabağdan danışdı
Çad prezidenti qiyamçılarla qarşıdurmada öldü
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib (FOTO)
Hər zaman partlamağa hazır bomba: Ermənistanın “Metsamor” təhdidi
KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə Azərbaycan-Türkiyə İş Adamları Forumu keçirilib (FOTO)
Zəngilanda Ermənistanla dövlət sərhə­dində yeni hərbi hissə fəaliyyətə başlayıb (FOTO)
Pakistan Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyir - HDQ komandanı
Prezident İlham Əliyev Hacıqabulda “Azərsun Şamaxı Aqropark”ın açılışında iştirak edib (FOTO)
Güclü külək əsəcək - Xəbərdarlıq
İsrailli jurnalistlər Füzulidə ermənilərin tövləyə çevirdiyi Karvansarayda olublar (FOTO)
Prezident İlham Əliyev Hacıqabulda "Qarasu" yarımstansiyasının istismara verilməsi tədbirində iştirak edib (FOTO)
UNEC ingilis dili müəllimləri üçün vakansiya elan edir
İranda sutka ərzində 395 nəfər koronavirusdan ölüb
Könül Nurullayeva Pakistanın nüfuzlu mətbu orqanında post-münaqişə dövrünün reallıqlarını əks etdirən məqalə ilə çıxış edib
Azərbaycanda qızıl ucuzlaşıb
Sabah 30 dərəcəyədək isti olacaq, külək əsəcək
Minaya düşüb gözlərini və ayağını itirən agentlik əməkdaşı: O ərazilərə icazəsiz getməyin - Trend TV-nin REPORTAJI
Türkiyə "erməni soyqırımı" ilə bağlı arxivlərin açılması məsələsini yenidən gündəmə gətirib
Azərbaycan vətəndaşlarının əsasən hansı ölkələrə səfər etdiyi açıqlanıb
“Azərkosmos” “Azconnexus” peyk internet platformasını istifadəyə verib
İqtisadiyyat Nazirliyi ilə Yaponiyanın NEXI şirkəti arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)
9 minə yaxın şəxs poliklinikada, 4 əlil isə evində peyvənd olunub - Şöbə müdiri
Əfqanıstanda qubernatorun iqamətgahında partlayış törədilib
C.Naxçıvanski adına hərbi liseydə ilk möhtəşəm yubiley tədbiri keçirilib (FOTO/VİDEO)
Bakı Ali Neft Məktəbində “Post-COVID dönəmində ali təhsil və tədqiqat” mövzusunda vebinar (FOTO)
BNA tanınmış reperə vəzifə verilməsi məsələsinə aydınlıq gətirdi
Bu il Azərbaycana gələnlərin sayı açıqlanıb
Paşinyan iki nazir müavinini vəzifədən azad edib
Bir sıra tibb müəssisələrində yoxlamalar başlanıldı (FOTO/VİDEO)
Məcburi köçkün məktəblərinin dislokasiyası tez-tez dəyişir - Təhsil Nazirliyi
Prezident İlham Əliyev Hacıqabulda "Aqro Dairy" MMC-nin aqroparkının təqdimatında iştirak edib (FOTO)
Həftədə 500 qaziyə psixoloji yardım göstərilir - Səhiyyə Nazirliyi
Rumıniya və Azərbaycan ticarət münasibətlərinin inkişafı üçün böyük potensiala malikdir – XİN
Prezident İlham Əliyev Hacıqabulda fermer Elşən Xəlilovun pambıq tarlasında səpin prosesini izləyib (FOTO)
Prezident İlham Əliyev Hacıqabul-Muğan avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi tədbirində iştirak edib (FOTO)
AFFA Super Liqanın yaradılmasına münasibət bildirdi
“Rabitəbank” ilin birinci rübünü 3,5 mln mənfəətlə tamamladı (FOTO)
Balaxanı Sənaye Parkının rezidenti beynəlxalq mükafata layiq görülüb (FOTO)
Aptekonline.az-da "Biolane" brendinin seçilmiş məhsullarına möhtəşəm ENDİRİM!
Toyların keçirilməsinə bu şərtlər daxilində icazə verilə bilər - AÇIQLAMA
Birinci sinfə qeydiyyat bu tarixdən başlanılır
Nobel Oil Services Direktorlar Şurasını daha da gücləndirib
Azərbaycan Türkiyədən mebel idxalını artırıb
Prezident İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin açılışında iştirak edib (FOTO)
Prezident İlham Əliyev Hacıqabul rayonuna səfər edib (FOTO/VİDEO)
Türkiyə şirkətləri Azərbaycanı Naxçıvanla birləşdirəcək yeni yolun layihəsini hazırlayır
Kürdəmirin həbsdə olan icra başçısının işi məhkəməyə göndərildi
Malayziya qəzetində dahi Azərbaycan şairi Nizami Gəncəviyə dair məqalə dərc olunub
İsrailli jurnalistlərin Qarabağ səfəri davam edir (FOTO)
Almaniya koronavirusun tədqiqi üçün 1,6 milyard avro ayıracaq
Cəlilabadda avtoxuliqanlar saxlanılıb
Ağsuda vətəndaşları əlillik düzəltmək adı ilə aldadan şəxs saxlanıldı
Avronest Parlament Assambleyasının komitə iclası keçirilib
Xaçmaz polisi narkotik becərən şəxsi yaxalandı
Deputat Sevil Mikayılovanın təşəbbüsü ilə Xudatda ərzaq sovqatı paylanılıb (FOTO)
Azərbaycan nefti bahalaşır
Nazirlik növbəti “fişinq” hücumu barədə xəbərdarlıq edib
"Qarabağ" yatağı ilə bağlı yekun qərar nə vaxt veriləcək? - SOCAR-dan açıqlama
Evdən çıxan daha 7 koronavirus xəstəsi saxlanıldı
Ötən gün 26 yanğından 9 nəfər xilas edilib, 2 nəfər xəsarət alıb
Ermənilər Qərbi Azərbaycanda xalqımıza məxsus bir dənə də abidə saxlamayıb - Tarixçi
Aprelin 22-də bütün müavinət, təqaüd və kompensasiyalar ödəniləcək - DSMF
Ustanı cərəyan vuraraq öldürüb
Bərdədə koronavirusa yoluxan həkim küçədə saxlanıldı
“Eurasia Review”: İkinci Qarabağ müharibəsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb (FOTO)
Aprelin 29-30-da keçiriləcək imtahanlara buraxılış vəsiqəsinin verilməsinə başlanılıb
Aprelin 20-də xarici valyutaların manata qarşı məzənnələri
Qazaxıstanda son sutkada koronavirusa 2 530 nəfər yoluxub
ABŞ Dövlət Departamenti koronavirusa görə ziyarət edilməsi tövsiyə olunmayan ölkələrin siyahısını genişləndirəcək
STAR NEZ 600 milyon dollara yaxın dəyəri olan investisiyaları 2022-ci ildə başa çatdıracaq - "SOCAR Türkiyə"
Bütün xəbərlər