Qənirə Paşayeva: Yeni sosial paket 2 milyondan çox insanı əhatə etməklə ümumxalq xarakteri daşıyır

Qənirə Paşayeva: Yeni sosial paket 2 milyondan çox insanı əhatə etməklə ümumxalq xarakteri daşıyır

Bakı. Trend:

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları yeni sərəncamlar imzalayıb. Artıq mediada haqlı olaraq “yeni sosial paket” kimi tərif edilən bu sərəncamlar minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata qaldırılması, dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz, hərbi, hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılması kimi önəmli addımları nəzərdə tutur. Respublikamızın yeni tarixində ilk dəfə olaraq, bir il içində, üstəlik, yaxın aylar ərzində minimum əməkhaqqı və ümumən maaşlar məhz indi bu dərəcədə artırılmış oldu.

Bu fikirləri Trend-ə millət vəkili Qənirə Paşayeva deyib.

Qənirə Paşayeva xatırladıb ki, cari ilin mart ayının 1-də Azərbaycan Respublikasında minimum əməkhaqqı 180 manat oldu. O vaxt minimum əməkhaqqının məbləği 50 manat (38,5 faiz) artırılmış, minimum əməkhaqqının artımı birbaşa 600 minədək vətəndaşımızı əhatə etmişdi. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım olmuşdu. Həmin artım vaxtı rəsmi olaraq deyilirdi ki, bu mühüm sosial önəmi olan addım bütün digər məziyyətləri ilə yanaşı, əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsirlərə də malikdir:

"Bir sözlə, 2019-cu ilin əvvəlində sosial sahədə atılan addımlar və ölkə başçısının imzaladığı yeni sosial paket bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin davamlılığını, uğurlu sosial dövlət modelini göstərir. Prezidentin imzaladığı yeni sosial paket sosial mediada, kütləvi informasiya vasitələrində ictimaiyyətimiz tərəfindən təqdirlə qarşılandı, onların fəal kəsimi öz təhlilləri ilə də seçildi. Belə ictimai münasibətləri bir neçə cümlə ilə ümumiləşdirməyə çalışaq:

  • Azərbaycan Prezidentinin imzaladığı yeni sosial paket bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin məntiqi davamı, silsilə tədbirlərin növbəti mərhələsidir;
  • Bu, yeni sosial paketin təsir dairəsində olan vətəndaşlarımızın sosial cəhətdən müdafiəsini gücləndirmək, onlara dövlət qayğısını daha da artırmaq məqsədinə xidmət edir;
  • Ardıcıl olaraq iki dəfə eyni istiqamətdə (məzmunda) Sərəncamlar imzalanması ölkə başçısının prioritetlərini ifadə edir;
  • Yeni sosial paket əhalinin rifahına ciddi dəstək tədbirlərinin uğurla davam etməsinə, nəticədə respublikamızda ümumi rifah halının yüksəldilməsi baxımından irəliləyişlərə imkan yaradacaq;
  • Cari il ərzində artıq ikinci dəfə imzalanmış sosialyönümlü qərarlar, kürəsəl iqtisadiyyatda baş verən bir sıra mənfi tendensiyaların respublikamızın əhalisinin sosial təminatına neqativ təsirlərini mümkün olan ən aşağı səviyyədə saxlamağa imkan verir, üstəlik, vətəndaşlarımızın gəlirlərinin artmasına, necə deyərlər, yığım imkanlarının genişlənməsinə münbit ortam yaradır.

Əlbəttə, belə sıralamanı xeyli uzatmaq olar. Bütün hallarda məntiq, mahiyyət eynidir - dövlət xalq üçün çalışır, dövlət başçısı xalqını düşünür, onun rifahının yüksəldilməsi üçün nə mümkündürsə, edir. Həmçinin, yeni sərəncamlar Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin inqilabi xarakter daşıdığını sübut edir".

Millət vəkili əlavə edib ki, ölkə başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin qayəsində (mahiyyətində, dərinliyində) böyük hərflərlə VƏTƏNDAŞ, onun normal sosial təminatı, rifahının yüksəldilməsi durur:

"Yeni sosial paket ümumilikdə 2 milyondan çox insanımızı əhatə etməklə ümumxalq, ümumölkə xarakteri daşımaqdadır. Yəni, dövlət büdcəsində formalaşmış əlavə gəlirlərin bilavasitə vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına yönəldilməsi dövlət-vətəndaş, vətəndaş-dövlət etimadını daha da qüvvətləndirməklə mövcud sosial siyasətin alternativlərin ən yaxşısı olduğunu göstərir".

İspaniya La Liqası: "Barselona" ​​çempion olmaq şansını itirib
İspaniya La Liqası: "Barselona" ​​çempion olmaq şansını itirib
Soydaşımız cüdo üzrə Amerika çempionu olub (FOTO)
Soydaşımız cüdo üzrə Amerika çempionu olub (FOTO)
"Lester" ilk dəfə İngiltərə Kubokunun qalibi oldu
"Lester" ilk dəfə İngiltərə Kubokunun qalibi oldu
Loading Bars
Xəbər lenti
Qüds yaxınlığında sinaqoqda tribunanın çökməsi nəticəsində 160-dan çox insan xəstəxanaya yerləşdirilib
Samuxda "Təmiz hava" aylığı ilə əlaqədar tədbirlər davam etdirilir (FOTO)
Dünyada ötən sutka koronavirusa 658 mindən çox yoluxma qeydə alınıb - ÜST
Bu gündən məktəblər açılır
Azərbaycan və Fransa XİN başçılarının telefon danışığı olub
Qüdsün yaxınlığında sinaqoq tribunası çöküb, ölənlər var
Azərbaycan xarici ticarətdə müsbət saldoya nail olub
İspaniya La Liqası: "Barselona" ​​çempion olmaq şansını itirib
Qəzza zolağından mayın 10-dan İsrail istiqamətində 2 968 raket atılıb
Ağcabədidə ağır yol qəzası baş verib: 2 ölü, 3 yaralı var (ƏLAVƏ OLUNUB)
Rusiya prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
Kürdəmir rayonunda "VAZ" yanıb
Şuşa yenidən dirçəlir və qayıdışa hazırlanır - Deputat
Azərbaycanın Türkiyədən kimyəvi məhsul idxalı 30 faiz artıb
Qaradağda “Shacman” aşaraq yanıb
Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları açıqlanıb
Azərbaycandakı tolerantlıq mühitinin Vətən müharibəsində böyük töhfəsini gördük - Deputat
FHN Lənkərandakı qəza ilə bağlı məlumat yayıb
Təlimlərdə döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilir (VİDEO)
Azərbaycan OPEC+ sazişini necə icra edir? - Beynəlxalq Agentlikdən qiymətləndirmə
NATO PA-nın yaz sessiyası başlayıb
Ermənistanda partiyalar prezident və baş naziri vəzifədən uzaqlaşdırmağa çağırıb
Soydaşımız cüdo üzrə Amerika çempionu olub (FOTO)
Azərbaycanda iqtisadiyyatın kreditləşməsi artıb - Dünya Bankı
Avtomobildə qadına fiziki zorakılıq edən şəxsin kimliyi məlum olub
Xaçmaz RİH başçısı Aşağıoba və Aslanoba kəndlərində şəhidlərin məzarını ziyarət edib (FOTO)
Təlimə cəlb edilən tank bölmələri tapşırıqları yerinə yetirir (VİDEO)
Səttar Möhbalıyev: “Xarıbülbül” festivalı milli-mənəvi dəyərlərimizin bərpası istiqamətində atılmış ən mühüm addımlardan biri oldu
Manatın məzənnəsi sabit qalır - Dünya Bankı
İranda kiçik təyyarələrin uçuşları dayandırılıb
Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının ilk iclası keçirilib (FOTO)
Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlanıb
Türkiyədə ticarət mərkəzləri açılır
Narkomanlıqla bağlı 2 mindən çox cinayət faktı aşkarlanıb
Qarabağda enerji infrastrukturunun formalaşdırılması əsas vəzifə kimi müəyyənləşdirilib
Mayın 17-də manatın dollara qarşı məzənnəsi
Raket və artilleriya bölmələri təyin edilmiş marşrutlarla hərəkət edir (VİDEO)
300-ə yaxın jurnalist peyvənd olunub (FOTO)
Ermənistanın sabiq prezidenti müharibədəki məğlubiyyətin səbəblərini açıqladı
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı müəyyənləşib
Azərbaycanda bu il istehsal olunan ÜDM-in həcmi açıqlanıb
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 472 nəfər koronavirusa yoluxub, 11 nəfər vəfat edib
Biz həmişə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Udi xalqına olan diqqətini hiss edirik - Alban-Udi Xristian icmasının sədri
Məşhur şirkətin satış təmsilçisinə mənimsəməyə görə cinayət işi açıldı
2867 şəhidin ailə üzvlərinə sosial ödəniş təyinatı aparılıb
Təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika təlim bölgəsinə yola düşüb (FOTO)
Bu il Ceyhan terminalından yola salınan AÇG neftinin həcmi 76 milyon barelə çatır
Apreldə 6 minə yaxın qaz abonenti qeydiyyata alınıb
"SOCAR Energy Ukraine" premium yanacağın satışını dayandırıb
Daha 7 marşrut üzrə avtobuslar kart sisteminə keçəcək (SİYAHI)
Yayda ağaclara necə qulluq etmək lazımdır?
İlahiyyat İnstitutunda “Azərbaycanda İslam mədəniyyətinin təşəkkül tarixi” mövzusunda vebinar keçirilib (FOTO)
Sumqayıtda koronavirusa qarşı vaksinasiya davam edir (FOTO)
Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə (FOTO)
Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi başlayır
Dövlət qulluğunda rəhbər vəzifələr üzrə imtahan keçirilib
Azərbaycanda bankların informasiya təhlükəsizliyi gücləndirilir
Türkiyə fələstinli dinc sakinlərin müdafiəsi üçün beynəlxalq qüvvələrin yaradılmasını təklif edir - Mövlud Çavuşoğlu
Qarabağın müasir standartlara uyğun bərpa edilməsi Azərbaycanın gücünün nümayişidir - Könül Nurullayeva
Türkiyəyə göndərilən daha 5 qazimiz sağalaraq Vətənə geri dönüb (FOTO)
Milli Məclisin nümayəndə heyəti İtaliyaya səfərə gedir
Rusiya aviaşirkəti Bakıya uçuş marşrutlarını artırır
9 ictimai-iaşə obyekti karantin qaydalarını kobud şəkildə pozub - SİYAHI
İranda daha 11 min nəfər koronavirusa yoluxub, 303 nəfər ölüb
Qeyri-iş günlərində paytaxtda 42 min kv.m sahədə təmir işləri aparılıb
Təlimlərə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır (VİDEO)
"Fitch Ratings" Azərbaycanın xarici dövlət borcu ilə bağlı proqnozlarını açıqlayıb
Azərbaycan daha bir beynəlxalq sənədi təsdiq edir
Bakı Ali Neft Məktəbi “Xanımlar mühəndislikdə: çağırışlar və imkanlar” mövzusunda vebinar təşkil etdi (FOTO)
Türkiyədə vaksinasiya olunmuş 65 yaşdan yuxarı şəxslər üçün karantin yumşaldılır
Sabah 35 dərəcə isti olacaq
Sərhəddə yaşanan gərginliyin səbəbi Ermənistanın işğalçılıq siyasətidir - Politoloq
Bayram günlərində milli parkları 7 minə yaxın turist ziyarət edib (FOTO)
İsrailin müdafiə naziri regiondakı vəziyyəti ABŞ rəsmisi ilə müzakirə edib
DSMF-nin sabiq şöbə müdirinin işi məhkəməyə göndərildi
Azərbaycanda çəltik sığortasının məbləği açıqlandı
Daha 12 nəfərin diaqnozunun və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi müəyyən edildi (FOTO)
IBA Tech Akademiyasında daha 50 peşəkar yetişdiriləcək!
Ötən 4 ayda əhaliyə keçən ilin eyni dövrünə nisbətən 6 faiz çox vəsait ödənilib
Nə zaman açıq havada maskasız gəzə bilərik? - Komitə sədrindən AÇIQLAMA
“AccessBank”da yeni təyinat: Ramin Hüseynov “AccessBank”a Maliyyə üzrə Baş Direktor təyin olunub
İranın super-kompüteri işə başlayıb
Bakıda cibgirlik edən bacıların görüntüləri yayıldı (FOTO/VİDEO)
Ağcabədidə narkotacir 3 kiloqramdan artıq marixuana ilə tutuldu (FOTO)
Goranboyda evdən 5 min manata yaxın oğurluq edən dəstə saxlanıldı (FOTO/VİDEO)
Ötən gün ölkədə 43 yanğın olub, 2 nəfər xilas edilib (VİDEO)
Bakıda dönərxananın fəaliyyəti dayandırılıb
Bulvarda hasarlanmış ərazidə Müslüm Maqomayevin heykəli qoyulacaq - ÖZƏL (FOTO)
Sərhədçilərimizi öldürən sərhəd pozucusu saxlanıldı
Bakı-Qazax yolunda orta yaşlı kişini maşın vurub öldürdü - FOTO
BP-dən UNEC-ə töhfə: beynəlxalq miqyasda tanınan dərsliklər (FOTO)
Vüqar Səfərlinin həbs müddəti 3 ay uzadıldı
Xocavənddə silah-sursat aşkarlandı
"Fitch Ratings" Azərbaycanda inflyasiya ilə bağlı proqnozları açıqlayıb
Azərbaycanda qızıl bahalaşıb
DİM növbəti imtahan keçirdi, nəticələr 6 gün sonra açıqlanacaq
Qazaxıstanda koronavirusa daha 2 459 nəfər yoluxub
Azərbaycan Ordusunda təlimlər başlayıb
Yaponiya sahillərində 6.1 bal gücündə zəlzələ olub
Bütün xəbərlər