...

Nazirlər Kabineti gələn ilin dövlət büdcəsi ilə bağlı layihələri Prezidentə təqdim edəcək

Siyasət Materials 27 Sentyabr 2019 10:23 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Nazirlər Kabineti “Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2020-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”nin birlikdə Azərbaycan Prezidentinə təqdim edilməsi barədə qərar qəbul edib.

Trend-in məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2020-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”nin qərar verib.

Qərarda qeyd edilir ki, “Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2020-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilsin. Büdcə layihələri “Büdcə sistemi haqqında” qanununun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Prezidentinə təqdim edilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti