...

Qırğızıstan Prezidenti və xarici işlər naziri Azərbaycana gələcək

Siyasət Materials 10 Oktyabr 2019 15:11 (UTC +04:00)

Bakı. Fəxri Vəkilov - Trend:

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov və xarici işlər naziri Çingiz Aydarbekov Azərbaycana səfər edəcək.

Bu barədə Trend-ə Qırğızıstanın Bakıdakı səfirliyindən bildiriblər.

Məlumata əsasən, onlar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammitində iştirak edəcək.

Oktyabrın 14-15-də keçiriləcək sammitdə türkdilli ölkələrin Ticarət-Sənaye Palatasının və Birgə İnvestisiya Fondunun yaradılması məsələlərinin müzakirəsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti