...

Nazir müavini Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi müddətində PRİORİTETLƏRİ barədə

Siyasət Materials 22 Oktyabr 2019 13:08 (UTC +04:00)
Qoşulmama Hərəkatına sədrliyi müddətində Azərbaycanın prioriteti sülhün və sabitliyin qorunmasına töhfə vermək olacaq
Nazir müavini Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi müddətində PRİORİTETLƏRİ barədə

Bakı. Ləman Zeynalova - Trend:

Qoşulmama Hərəkatına sədrliyi müddətində Azərbaycanın prioriteti sülhün və sabitliyin qorunmasına töhfə vermək olacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov brifinq zamanı deyib.

O bildirib ki, beynəlxalq hüquq normaları əsasında Azərbaycan bu amilləri prioritet olaraq qəbul edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva isə qeyd edib ki, prioritetlər arasına, həmçinin təşkilat daxilində həmrəyliyin möhkəmləndirilməsi və qurumun nüfuzunun artırılması daxildir.

Qeyd edək ki, Bakıda 25-26 oktyabrda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək. Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirakı edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti