...

MSK: 15 156 bələdiyyə üzvlüyü uğrunda on minlərlə vətəndaş mübarizə aparacaq

Siyasət Materials 24 Oktyabr 2019 11:00 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası (MSK) 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərinin yüksək səviyyədə hazırlanıb azad, ədalətli və şəffaf keçirilməsi, eləcə də vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün müxtəlif istiqamətli layihələri davam etdirir
MSK: 15 156 bələdiyyə üzvlüyü uğrunda on minlərlə vətəndaş mübarizə aparacaq

Bakı. Elçin Mehdiyev – Trend:

Mərkəzi Seçki Komissiyası (MSK) 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərinin yüksək səviyyədə hazırlanıb azad, ədalətli və şəffaf keçirilməsi, eləcə də vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün müxtəlif istiqamətli layihələri davam etdirir.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.

R.Qasımov bildirib ki, Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkiləri ilə bağlı qanunamüvafiq addımlar atır:

"15 156 bələdiyyə üzvlüyü uğrunda 10 minlərlə passiv seçki hüququna malik vətəndaşlar iddiaçı qismində qatılır. Böyük namizəd ordusunun qarşısında dayanmaq üçün dairə seçki komissiyaları tam hazırlıqlı olmalıdır və əvvəlki illərdəki peşəkarlığını davam etdirməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti