...

Paytaxt qəsəbələrində sakinlərin problemləri nəzarətə götürülüb (FOTO)

Siyasət Materials 25 Noyabr 2019 12:26
Ölkə başçısının tapşırığına uyğun olaraq Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətlərinin başçıları şəhərin qəsəbələrində sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə görüşlər keçiriblər.
Paytaxt qəsəbələrində sakinlərin problemləri nəzarətə götürülüb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Ölkə başçısının tapşırığına uyğun olaraq Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətlərinin başçıları şəhərin qəsəbələrində sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə görüşlər keçiriblər. Görüşlərdə rayonların rəhbərliyi ilə yanaşı rayonların təsərrüfat və xidmət sahələrinin, bələdiyyələrin, hüquq-mühafizə orqanlarının rəhbərləri, qəsəbə sakinləri, ağsaqqallar, din xadimləri, təhsil və səhiyyə işçiləri, digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Trend-in məlumatına görə, tədbirlər çərçivəsində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov rayonun Çeşildağ və Körgöz qəsəbələrində, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Hövsan qəsəbəsində, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Binə qəsəbəsində, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev M.Ə.Rəsulzadə qəsəbəsində, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Maştağa, Ramana və Nardaran qəsəbələrində görüşlər keçirib, sakinlərin müraciət və təklifləri dinlənilib.

Sakinlərin böyük fəallığı və ənənəvi “Açıq mikrofon” formatında ilə keçən görüşlərdə ölkə başçısı tərəfindən həyata keçirilən siyasi kursa birmənalı dəstək ifadə edilib.

Görüşlərdə irəli sürülən bütün müraciət və təkliflər nəzarətə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti