...

Xırdalanda avtomobil yollarının əsaslı təmiri ilə bağlı 3,9 milyon manat ayrılıb

Siyasət Materials 27 Noyabr 2019 18:03 (UTC +04:00)
Prezident İlham Əliyev Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Xırdalanda avtomobil yollarının əsaslı təmiri ilə bağlı 3,9 milyon manat ayrılıb

Bakı. Trend:

Prezident İlham Əliyev Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Xırdalan şəhərində ümumi uzunluğu 5,1 kilometr olan avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,9 milyon milyon manat ayrılsın.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti