...

Bələdiyyə seçkiləri ilə bağlı seçkiqabağı təşviqatın aparılması bu gündən dayandırılır

Siyasət Materials 22 Dekabr 2019 07:45 (UTC +04:00)
Azərbaycanda dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı seçkiqabağı təşviqatın aparılması bu gündən dayandırılır
Bələdiyyə seçkiləri ilə bağlı seçkiqabağı təşviqatın aparılması bu gündən dayandırılır

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı seçkiqabağı təşviqatın aparılması bu gündən dayandırılır.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış, yəni 2019-cu il noyabrın 30-dan başlanır, dekabrın 22-i saat 08:00-da dayandırılır.

Qeyd edək ki, dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Seçkilər 15,156 bələdiyyə üzvlüyü üzrə baş tutacaq. Ümumilikdə seçkilərdə iştirak etmək üçün 42 mindən çox namizəd müraciət edib. Bələdiyyə seçkilərində namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi müddəti artıq noyabrın 22-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti