...

İnquş Respublikasının rəhbəri Azərbaycanın dövlət başçısını təbrik edib

Siyasət Materials 24 Dekabr 2019 23:04 (UTC +04:00)
Rusiya Federasiyası İnquş Respublikasının rəhbəri Maqomed Kalimatov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib
İnquş Respublikasının rəhbəri Azərbaycanın dövlət başçısını təbrik edib

Bakı. Trend:

Rusiya Federasiyası İnquş Respublikasının rəhbəri Maqomed Kalimatov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

Hörmətli İlham Heydər oğlu.

Ad gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizin çoxillik yaradıcı fəaliyyətiniz Azərbaycan Respublikasının inkişafına və çiçəklənməsinə, onun əhalisinin firavanlığına yönəlmiş konkret işlərdə parlaq ifadəsini tapır. Əminəm ki, Sizin yüksək peşəkar keyfiyyətləriniz və işinizə sədaqət bundan sonra da nəzərdə tutulan planları uğurla həyata keçirməyə imkan verəcək.

Doğma respublikanız naminə bütün işlərinizdə və təşəbbüslərinizdə Sizə yeni-yeni uğurlar, doğmalarınıza və yaxınlarınıza xoşbəxtlik, cansağlığı, firavanlıq arzulayır, ən xoş diləklərimi bildirirəm.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti