...

ATƏT Azərbaycanda uzunmüddətli müşahidə missiyasının siyahısını açıqlayıb

Siyasət Materials 16 Yanvar 2020 14:16 (UTC +04:00)
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəsmi internet səhifəsində fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərində seçki prosesini izləyəcək uzunmüddətli müşahidə missiyasının tərkibi açıqlanıb.
ATƏT Azərbaycanda uzunmüddətli müşahidə missiyasının siyahısını açıqlayıb

Bakı. Trend:

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəsmi internet səhifəsində fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərində seçki prosesini izləyəcək uzunmüddətli müşahidə missiyasının tərkibi açıqlanıb.

Trend Secki-2020.az saytına istinadla xəbər verir ki, 26 nəfərin yer aldığı siyahıda Rusiya, Türkiyə, Birləşmiş Krallıq, Fransa, Almaniya, İsveç, İsveçrə, Albaniya, Çexiya, Danimarka, İrlandiya, İtaliya, Niderland və Norveçdən nümayəndələr var.

Xatırladaq ki, ATƏT-in əsas müşahidə missiyası 12 nəfərdən ibarətdir. Seçki günü daha 350 qısa müddətli müşahidəçinin səsvermənin gedişatını izləyəcəyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti