...

ATƏT PA-nın 60-dan çox üzvü Azərbaycandakı seçkiləri müşahidə edəcək

Siyasət Materials 3 Fevral 2020 10:04 (UTC +04:00)
Missiya Azərbaycan hökumətinin dəvəti ilə göndəriləcək missiya Bakıda və Azərbaycanın bir neçə bölgəsində seçkiləri müşahidə edəcək.
ATƏT PA-nın 60-dan çox üzvü Azərbaycandakı seçkiləri müşahidə edəcək

Bakı. Elçin Mehdiyev - Trend:

ATƏT-in Parlament Assambleyası (ATƏT PA) fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini monitorinq etmək üçün 60-a yaxın müşahidəçidən ibarət nümayəndə heyəti göndərəcək.

Trend-ə ATƏT PA-nın mətbuat xidmətindən verilən məlumata görə, müşahidəçilərin 40-ı 29 ölkədən olan deputatlardır. Azərbaycan hökumətinin dəvəti ilə göndəriləcək missiya Bakı, Gəncə və İsmayıllıda seçkiləri müşahidə edəcək.

Ukraynalı deputat Artur Gerasimov ATƏT-in fəaliyyətdə olan sədrliyi tərəfindən ATƏT-in qısamüddətli müşahidə missiyasının xüsusi koordinatoru təyin edilib, ATƏT PA-nın nümayəndə heyətinə isə albaniyalı deputat Elona Hoca-Qjebrea rəhbərlik edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti