Bakı. Elçin Mehdiyev – Trend:
Namizədlərin hamısına bərabər şərait yaradılmalıdır.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, yerli hakimiyyət orqanları namizədə köməklik edirsə, bu məsələ araşdırılmalıdır: “Mətbuatda yazılır ki, namizədin görüşünə müəllimlər, həkimlər gəlir. Niyə onlar görüşə gəlməməlidir? 18 yaşı olan istənilən Azərbaycan vətəndaşının seçki hüququ var. Bu da həmin məsələlərdən biridir”.