...

Şimal bölgəsində 62 məntəqədə veb-kamera quraşdırılıb (FOTO)

Siyasət Materials 9 Fevral 2020 09:52 (UTC +04:00)

Bakı. Trend:

Fevralın 9-da səhər saat 8:00-da şimal bölgəsindəki seçki məntəqələrində Milli Məclisə seçkilərə start verilib.

Trend-in məlumatına görə, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında seçicilər 6 seçki dairəsinin tərkibindəki 366 məntəqədə səs verirlər. Bu regionda 6 deputat yerinə 76 namizəd mübarizə aparır.

Şimal regionunda qeydə alınan seçicilərin sayı 283 min nəfərdən çoxdur. Onlardan 5 min nəfərə yaxını ilk dəfə səs verən gənclərdir.

Şimal bölgəsində olan 51 saylı Qusar, 52 saylı Quba, 53 saylı Quba-Qusar, 54 saylı Şabran-Siyəzən, 55 saylı Xaçmaz şəhər və 56 saylı Xaçmaz kənd seçki dairələrindən bildirilib ki, qarlı hava şəraitinə baxmayaraq, məntəqələrdə səsvermənin ilk anlarından seçici fəallığı müşahidə olunur. Seçki prosesini yerli və xarici müşahidəçilər izləyir. 62 məntəqədə veb-kamera quraşdırılıb ki, bu da hər kəsə səsverməni onlayn izləmək imkanı verir.

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.

Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.

Səsvermədə 5 milyon 329 min 460 seçici iştirak edəcək. 573 məntəqədə 340 689 məcburi köçkün səs verəcək.

Seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyəcək. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti