...

34 saylı Xətai ikinci seçki dairəsi üzrə 18 namizəd və 93 min 913 seçici qeydiyyata alınıb

Siyasət Materials 9 Fevral 2020 10:57 (UTC +04:00)
Fevralın 9-da 34 saylı Xətai ikinci seçki dairəsi üzrə məntəqələr tam tərkibdə və vaxtında fəaliyyətə başlayıb. Seçki dairəsində 36 məntəqə fəaliyyət göstərir.
34 saylı Xətai ikinci seçki dairəsi üzrə 18 namizəd və 93 min 913 seçici qeydiyyata alınıb

Bakı. Trend:

Fevralın 9-da 34 saylı Xətai ikinci seçki dairəsi üzrə məntəqələr tam tərkibdə və vaxtında fəaliyyətə başlayıb. Seçki dairəsində 36 məntəqə fəaliyyət göstərir.

Trend-in məlumatına görə, seçki dairəsinin dairə seçki komissiyasının sədri Rəfael Mehdiyev bildirib ki, 34 saylı Xətai ikinci seçki dairəsi üzrə 18 namizəd və 93 min 913 seçici qeydiyyata alınıb. Ən yaşlı seçicinin 100 yaşı var. Bu zamana qədər rəsmi formada məntəqələr üzrə seçici və müşahidəçilər tərəfindən heç bir şikayət daxil olmayıb. Seçicilərin ən çox aktiv olduğu məntəqələr 18 və 20 saylı məntəqələrdir.

O qeyd edib ki, 10 məntəqədə veb-kameralar quraşdırılıb. Hava şəraitindən asılı olmayaraq, seçicilər səhər saatlarından seçki məntəqələrinə gəlir, öz iradələrini azad şəkildə ifadə edir, istədikləri namizədlərə səs verirlər. Məntəqələrdə səsvermə tam mütəşəkkil qaydada keçir. Seçkilərin gedişini yerli müşahidəçilər izləyirlər. Seçkilər demokratik keçir, nəticələrə mənfi təsir göstərə biləcək amillər yoxdur. Seçici siyahıları hər kəsin yaxından tanış olması üçün məntəqələrdə asılıb.

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.

Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.

Səsvermədə 5 milyon 329 min 460 seçici iştirak edəcək. 573 məntəqədə 340 689 məcburi köçkün səs verəcək.

Seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyəcək. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti