Bakı. Elçin Mehdiyev - Trend:
Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov sosial şəbəkələrdə seçki məntəqələrində kameraların üzərinin örtülməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Trend-in məlumatına görə, R.Qasımov bildirib ki, hazırda seçki məntəqələrində veb-kameraların hamısı fəaliyyət göstərir:
“Veb-kameraların hamısı fəaliyyət göstərir, heç birinin üzəri örtülməyib. Sadəcə, bir sıra seçki məntəqələrində seçicilərə təsir etməmək məqsədilə oradakı təhlükəsizlik kameralarının üzəri örtülüb. Seçki məntəqələrində yalnız seçkilərlə əlaqədar quraşdırılmış veb-kameralar fəaliyyət göstərməlidir”.