...

MSK sədrinin müavini: İndiyə qədər seçki normal şəkildə davam edib

Siyasət Materials 9 Fevral 2020 17:29 (UTC +04:00)
İndiyə qədər parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) hər hansı bir rəsmi şikayət daxil olmayıb.
MSK sədrinin müavini: İndiyə qədər seçki normal şəkildə davam edib

Bakı. Elçin Mehdiyev - Trend:

İndiyə qədər parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) hər hansı bir rəsmi şikayət daxil olmayıb.

Trend-in məlimatına görə, bunu MSK sədrinin müavini Rövzət Qasımov deyib.

R.Qasımov bildirib ki, MSK-nın qaynar xəttinə 50-ə qədər müraciət daxil olub:

"Müraciətlər əsasən texniki xarakterli və hansısa məsələnin aydınlaşdırılması ilə bağlı olub. Seçki indiyə qədər normal şəkildə davam edib. Hava şəraitinə baxmayaraq səsvermədə fəallıq var.

Sədr müavini vurğulayıb ki, bu səsvermə qızğın mübarizənin getdiyi seçki kimi Azərbaycan tarixində qalacaq.

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.

Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.

Xəbər lenti

Xəbər lenti