...

Monteneqrolu deputat: Azərbaycanda parlament seçkiləri ən yüksək səviyyədə keçdi (FOTO)

Siyasət Materials 10 Fevral 2020 11:52 (UTC +04:00)
Azərbaycanda parlament seçkiləri ən yüksək səviyyədə keçdi
Monteneqrolu deputat: Azərbaycanda parlament seçkiləri ən yüksək səviyyədə keçdi (FOTO)

Bakı. Nərgiz Sadıxova - Trend:

Azərbaycanda parlament seçkiləri ən yüksək səviyyədə keçdi.

Trend-in məlumatına görə, bunu Monteneqro parlamentinin deputatı Predraq Sekuliç mətbuat konfransında deyib.

O bildirib ki, dünən vətəndaşların demokratik hüquqları və Azərbaycanın demokratik gələcəyi baxımından əlamətdar gün olub:

“Seçkilərin qalibinin kimin olacağını bilmirəm, amma əminəm ki, bu, xalqın həqiqi seçimi olacaq”.

P.Sekuliç əlavə edib ki, seçki müddətində Bakıda və digər regionlarda 17 seçki məntəqəsində olub.

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.

Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.

Ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsi olub ki, burada seçici fəallığı 76,1 faiz (37 min 970 seçicidən 29 419 nəfər), ən passiv dairə olan 17 saylı Yasamal 3-cü Seçki Dairəsində isə seçici fəallığı 17,84 faiz (30 min 534 seçicidən 5 min 447 nəfər) təşkil edib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləri olub. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti