...

Meksika nümayəndə heyəti seçkilərin demokratik və şəffaf keçirildiyini bəyan etdi

Siyasət Materials 10 Fevral 2020 12:07 (UTC +04:00)
Meksika nümayəndə heyəti də Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini izləyib.
Meksika nümayəndə heyəti seçkilərin demokratik və şəffaf keçirildiyini bəyan etdi

Bakı. Samir Əli - Trend:

Meksika nümayəndə heyəti də Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini izləyib.

Trend-in məlumatına görə, müşahidənin nəticələrini açıqlayan Meksika Parlamentinin deputatı Aqustin Qarsia Rubio bildirib ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri tam demokratik və şəffaf keçirilib:

"Deputat olaraq demokratik seçkilərlə bağlı əsas konfedensiyaları açıqlamaq istəyirəm. Seçkilər bütövlük, dürüstlük və məsuliyyət konfedensiyaları əsasında formalaşmışdı. Bu seçkidə Azərbaycan xalqına legitimlik verildi. Xarici ölkələrin nümayəndələrinə isə ölkələrarası münasibətlərə fayda vermək imkanı tanındı. Avtoritarlığın qarşısını almaq üçün vətəndaşların səsvermədə iştirakı mütləq idi. Azərbaycan vətəndaşlarının öz övladlarını prosesə cəlb etmək və seçkinin mahiyyətini onlara başa salmaq gələcəkdə bu prosesin daha demokratik və təkmilləşdirilmiş formada keçirilməsinə şərait yaradacaq.

Gün ərzində Bakıda 10 məntəqədə seçki prosesinin müşahidəsini aparmışam. İllər öncə qoyulan təməllərin bu gün də prioritet olduğunun şahidi oldum. Azərbaycanda sənaye və turizm, energetika və iqtisadi sahədə nailiyyətləri müsbət dəyərləndirirəm. Hər bir Azərbaycan vətəndaşı Meksikada hörmətlə qarşılanacaq".

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.

Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.

Ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsi olub ki, burada seçici fəallığı 76,1 faiz (37 min 970 seçicidən 29 419 nəfər), ən passiv dairə olan 17 saylı Yasamal 3-cü Seçki Dairəsində isə seçici fəallığı 17,84 faiz (30 min 534 seçicidən 5 min 447 nəfər) təşkil edib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləri olub. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti