...

Rusiya Federasiya Şurası seçkilərin gedişindən razı qalıb

Siyasət Materials 10 Fevral 2020 12:41 (UTC +04:00)
Seçkilər mənə və mənim həmkarlarıma yaxşı təsir bağışladı
Rusiya Federasiya Şurası seçkilərin gedişindən razı qalıb

Bakı. Nərgiz İsmayılova - Trend:

Seçkilər mənə və mənim həmkarlarıma yaxşı təsir bağışladı.

Trend-in məlumatına görə, bunu Rusiya Federasiya Şurasından müşahidə missiyasının üzvü Arkadi Çernitski mətbuat konfransında deyib.

O bildirib ki, səsvermə zamanı nəinki ciddi, hətta xırda pozuntular da aşkar edilməyib:

“Görünür ki, seçki komissiyasının üzvləri reqlamentə tam əməl etməyə çalışıblar. Milli Məclisin yeni formalaşacaq tərkibinə Azərbaycan naminə məhsuldar iş görməyi arzulayırıq”.

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.

Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.

Ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsi olub ki, burada seçici fəallığı 76,1 faiz (37 min 970 seçicidən 29 419 nəfər), ən passiv dairə olan 17 saylı Yasamal 3-cü Seçki Dairəsində isə seçici fəallığı 17,84 faiz (30 min 534 seçicidən 5 min 447 nəfər) təşkil edib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləri olub. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti