...

Parlament seçkiləri ilə bağlı MSK-ya rəsmi şikayət daxil olmayıb

Siyasət Materials 10 Fevral 2020 16:07 (UTC +04:00)
Milli Məclisə keçirilən seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına hələlik rəsmi şikayət daxil olmayıb.
Parlament seçkiləri ilə bağlı MSK-ya rəsmi şikayət daxil olmayıb

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisə keçirilən seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına hələlik rəsmi şikayət daxil olmayıb.

Trend-in məlumatına görə, bunu jurnalistərə açıqlamasında Komissiyanın sədr müavini Rövzət Qasımov deyib.

Onun sözlərinə görə, rəsmi şikayət daxil olmasa da, hər hansı hal olan zaman MSK toplanacaq və öz fikrini bildirəcək.

Ötən parament seçkiləri ilə builki seçkilərin fərqləri haqqında danışan R.Qasımov bildirib ki, əgər 2015-ildə keçirilən parlament seçkiləri ilə bağlı 767 deputatlığa namizəd olubsa, builki seçkilərdə namizədlərin sayı 1314 nəfər olub: “Builki təşviqat kampaniyasında kifayət qədər fərqli mühit mövcud olub. Bütün namizədlər bütün lazımi vasitələrdən təşviqat kampaniyasında istifadə ediblər. Namizədlər tərəfindən bəzən qanunvericilikdə nəzərdə tutulmayan üsullardan da istifadə olunub. Biz seçki qanunvericiliyinin ruhunu əsas götürərək namizədlərin sərbəst və rahat şəkildə öz seçiciləri ilə təmasda olmaq, öz ismarıclarını çatdırmaq imkanlarına malik olmalarını bir məqsəd kimi qarşımıza qoymuşduq. Builki parlament seçkiləri həm namizədlərin qeydiyyatı, həm də namizədlərin ismarıclarını seçicilərinə çatdırılması üçün mövcud olan imkanlar baxımından kifayət qədər zəngin seçkilər idi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti