...

ATƏT və AŞ PA Avropanın Azərbaycanın imicinə olan dərin paxıllığını təsdiq etdi - Yevgeni Mixaylov

Siyasət Materials 10 Fevral 2020 18:38 (UTC +04:00)
Azərbaycan çoxdan bilməlidir ki, öz ağlı ilə və kənar məsləhətlər almadan yaşayan istənilən ölkə istənilən halda Avropa tərəfindən tənqidə məruz qalır
ATƏT və AŞ PA Avropanın Azərbaycanın imicinə olan dərin paxıllığını təsdiq etdi - Yevgeni Mixaylov

Bakı. Mətanət Nəsibova - Trend:

Azərbaycan çoxdan bilməlidir ki, öz ağlı ilə və kənar məsləhətlər almadan yaşayan istənilən ölkə istənilən halda Avropa tərəfindən tənqidə məruz qalır.

Bunu Trend-ə rusiyalı ekspert Yevgeni Mixaylov ATƏT-in Demokratik Təşkilatlar və İnsan Haqları Bürosu (DTİHB) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) parlament seçkiləri ilə bağlı mənfi bəyanatını şərh edərkən deyib.

Y.Mixaylov bildirib ki, Avropa strukturlarının bu cür bəyanatları ölkənin regionda və dünyada artmaqda olan nüfuzuna zərbə vurmaqdan başqa bir şey deyil:

“Bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurasını Azərbaycana qarşı qərəzli münasibətdə ittiham edib. Tamamilə aydındır ki, parlament seçkilərinin tənqidi bir halqanın tərkib hissəsidir, bunun məqsədi isə ölkədə baş verən dəyişikliklərə kölgə salmaqdır. Bu cür bəyanatlarda Avropanın dərin paxıllığı əks olunur. Bu, onunla bağlıdır ki, onlarda hər şey pisləşməyə doğru getdiyi bir vaxtda, dünya arenasında nümunə ola biləcək ölkələr peyda olur. Elə həmin Avropada Azərbaycandakı kimi islahatçı addımlar həyata keçirmək mümkün deyil. Mən ölkə hökumətinin və parlamentinin kütləvi dəyişməsini nəzərdə tuturam. Avropa heç də bütün dünya demək deyil və bunu qəbul etmək lazımdır. Ona görə də avropalı siyasətçilərin sözlərinə diqqət verməmək olar”.

Rusiyalı ekspert vurğulayıb ki, Fransada və digər Avropa ölkələrində güclü erməni lobbisi var və bu lobbi Türkiyənin, eləcə də ona qardaş olan Azərbaycanın müxtəlif Avropa layihələrinə və strukturlarına inteqrasiya olunmasına mane olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti