...

MSK-nın seçkilərlə bağlı iclası başladı (ƏLAVƏ OLUNUB-2)

Siyasət Materials 21 Fevral 2020 16:21 (UTC +04:00)
Parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb.
MSK-nın seçkilərlə bağlı iclası başladı (ƏLAVƏ OLUNUB-2)

İlk xəbər saat 16:14-də yayımlanıb

Bakı. Elçin Mehdiyev - Trend:

Parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.

Trend-in məlumatına görə, iclası MSK sədri Məzahir Pənahov açıq elan edib.

İclasda 114 saylı Şəki kənd birinci seçki dairəsi ilə bağlı daxil olan müraciət qanunla müəyyən olunan vaxtdan gec göndərildiyi üçün ərizəçiyə geri qaytarılıb.

Daha sonra iclasda Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 28 saylı Sabunçu üçüncü seçki dairəsi ilə bağlı müraciətə baxılıb. Bildirilib ki, araşdırma zamanı müraciətdə qeyd olunan pozuntu halları öz əksini tapmayıb. Bu baxımdan müraciət təmin edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti