Bakı. Elçin Mehdiyev - Trend:
Parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edən namizəd öz iddiasını diktə etməyə çalışır.
Trend-in məlumatına görə, bunu MSK sədrinin müavini Rövzət Qasımov deyib.
O qeyd edib ki, hər bir namizəd özünün haqlı olduğunu hesab edir:
“Misal üçün bir namizəd hansısa məntəqədən razılığını bildirir, digəri isə həmin məntəqədən narazılıq edir, ancaq başqa bir məntəqədən razılıq edir. Bəzən namizədlər subyektiv olaraq öz iddialarını diktə etməyə çalışır. MSK bütün müraciətləri ciddi araşdırır və müvafiq qərar qəbul edir”.