...

Prezidentin əfv sərəncamı dövlətimizin humanizm siyasətini göstərdi və sevinclə qarşılandı - Rufiz Qonaqov

Siyasət Materials 7 Aprel 2020 12:00 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən növbəti əfv sərəncamının imzalanması dövlətimizin humanizm siyasətini bir daha nümayiş etdirdi. Bundan öncə də ölkə başçısı tərəfindən belə sərəncamlar verilmişdi. Koronavirusla bağlı belə bir kritik məqamda məhz bu əfv qərarının verilməsi də dövlət başçısının vətəndaşlara xüsusi qayğı və diqqətinin təzahürüdür.

Bunu Trend-ə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin imzaladığı bu sərəncam böyük sevinclə qarşılandı, bir çox ailələrə xoşbəxtlik bəxş etdi:

"Bu, xüsusən də yaşı 65-dən yuxarı insanların koronavirusdan qorunması yolunda atılan mühüm addımdır. 176 nəfər məhbus həyatı yaşamış vətəndaşımız bu gün əfv olunaraq öz ailələrinə qovuşacaq. Bu, kifayət qədər böyük addımdır.

Cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın bundan öncə də minlərlə məhbusun əfv olunması təşəbbüsləri, amnistiya qərarları və verilmiş sərəncamlar bütün cəmiyyətimiz tərəfindən hər zaman dəstəklənmiş və ölkə rəhbərliyindən bu istiqamətdə olan gözləntilər də özünü təmamilə doğrultmuşdur.

Bu istiqamətdə mən də öz növbəmdə cənab Prezidentə və Mehriban xanıma BANM adından, eləcə də Şura üzvü olaraq bu humanizm siyasətini daim həyata keçirdiyinə və hər bir ölkə vətəndaşının qayğısına qaldıqlarına görə dərin təşəkkürlərimi bildirirəm!".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti