...

Gürcüstanlı politoloq: Azərbaycan hakimiyyəti düzgün addımlar atır

Siyasət Materials 4 May 2020 20:59 (UTC +04:00)
Azərbaycan hökumətinin öz vətəndaşlarına sosial yardım qismində həyata keçirdiyi tədbirləri və digər proqramları müsbət qiymətləndirmək olar
Gürcüstanlı politoloq: Azərbaycan hakimiyyəti düzgün addımlar atır

Bakı. Hüseyn Səfərov - Trend:

Azərbaycan hökumətinin öz vətəndaşlarına sosial yardım qismində həyata keçirdiyi tədbirləri və digər proqramları müsbət qiymətləndirmək olar.

Bunu Trend-ə gürcüstanlı politoloq Şota Alxaidze deyib.

Onun sözlərinə görə, Azərbaycanda dövlətin əhalini həvəsləndirməsi yaxşı haldır:

“Azərbaycan hökuməti öz vətəndaşları ilə həmrəydir ki, bu da bu cür stress vəziyyətində çox vacibdir. Mən ölkə rəhbərliyinin gördüyü tədbirləri çox müsbət qiymətləndirirəm. Azərbaycan hakimiyyəti ciddi addımlar atır”.

Politoloq hesab edir ki, bu dövrdən sonra bütün ölkələrdə, o cümlədən Qafqazda milli siyasət güclənəcək:

“Gürcüstandan fərqli olaraq, Azərbaycanın enerji ehtiyatları var. Amma, dünya neft bazarında qiymətlər azaldığı üçün Azərbaycan çətin vəziyyətlə üzləşdi. Bu vəziyyətdə vacib addım dövlətin kənd təsərrüfatı sahəsini dəstəkləməsidir. Böhran şəraitində ölkələrimiz daxilində məhsul qıtlığının yaranmaması çox vacibdir. Bizim kənd təsərrüfatı sahəsində çox böyük ehtiyatlarımız var. Bu sahəni inkişaf etdirmək, fermerliyi dəstəkləmək lazımdır. Ona görə də dövlətlərimiz məhz bu sahəni maliyyələşdirməlidir. Bu, əhali üçün vacibdir”.

Ş.Alxaidze əlavə edib ki, dünyada böhran gələn ilə kimi davam edəcək:

“Gürcüstan və Azərbaycan iqtisadi baxımdan çox ziyan çəkmədi. Bizim göstəricilərimiz, o cümlədən ümumi daxili məhsul dəyişməz qalacaq, çünki biz maliyyə mərkəzi deyilik. Beləliklə, bizim iqtisadiyyatlarımız ciddi ziyan çəkməyəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti