...

ABŞ səfirliyi Azərbaycanı Silahlı Qüvvələr Günü ilə bağlı təbrik edib

Siyasət Materials 26 İyun 2020 12:40 (UTC +04:00)
ABŞ səfirliyi Azərbaycanı Silahlı Qüvvələr Günü ilə bağlı təbrik edib

Bakı. Trend:

ABŞ-ın Azərbaycandakı səfirliyi Silahlı Qüvvələr Günü ilə bağlı təbrik edib.

Trend-in əlumatına görə, səfirliyin rəsmi "Facebook" səhifəsində paylaşılan təbrikdə deyilir:

"Bu gün biz Azərbaycanın Silahlı Qüvvələr Gününü qeyd etməkdə sizə qoşuluruq. Amerikalı və azərbaycanlı hərbçilər illər boyu istər Əfqanıstanın gələcəyi naminə, istərsə də, NATO təlimlərində birgə çiyin-çiyinə çalışıblar. Birlikdə biz bir çox terrorizm və narkotik alverinə qarşı mübarizə aparmışıq, regionda və dünyada sülh naminə çox çalışmışıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti