...

Baş Nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuad Oktay arasında telefon danışığı olub

Siyasət Materials 29 Sentyabr 2020 20:55 (UTC +04:00)
Baş Nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuad Oktay arasında telefon danışığı olub

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün Türkiyə Respublikasının Vitse-prezidenti Fuad Oktay Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova telefonla zəng edib.

Trend-in məlumatına görə, Vitse-prezident Fuad Oktay Ermənistanın təcavüzünün qarşısının alınması və işğal olunmuş torpaqların azad edilməsi işində Türkiyənin Azərbaycanın yanında olduğunu və hər cür yardım göstərməyə hazır olduqlarını bildirib.

Baş Nazir Əli Əsədov Türkiyə Respublikası rəhbərliyinin bütün səviyyələrdə Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Telefon danışığı zamanı Baş Nazir Əli Əsədov və Vitse-prezident Fuad Oktay ikitərəfli münasibətlərə dair məsələləri müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti