...

Dağlıq Qarabağ münaqişəsi barədə xarici KİV-lərdə məqalə dərc edilib (FOTO)

Siyasət Materials 8 Oktyabr 2020 12:12 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi barədə xarici KİV-lərdə məqalə dərc edilib (FOTO)

Bakı. Trend:

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun İsrailin “The times of İsrail” portalında Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqda oynadığı əhəmiyyətli rol haqqında fransız dilində və Almaniyanın “Next24” xəbər portalında Dağlıq Qarabağ münaqişəsinin dini və milli mahiyyətdə olmaması barədə alman dilində məqaləsi dərc olunub.

Trend-in məlumatına görə, məqalədə qeyd edilir: “Dağlıq Qarabağ ətrafında, xüsusilə bir sıra beynəlxalq KİV-lərdə Ermənistanla Azərbaycan arasında münaqişəyə iki yanaşma mövcuddur. Opponentlər ya münaqişəni dini səviyyəyə çıxarmağa çalışır, ya da gərginliyin "etnik səbəblər" üzündən inkişaf etdiyini iddia edirlər. Məqsəd münaqişəyə daha çox tərəfləri cəlb etmək və ictimai fikirləri manipulyasiya edərək dini fərqlilikləri üzə çıxarmaq istəyidir. Digər məqsəd isə, “xristian ermənilər yenidən müsəlmanlar tərəfindən qətlə yetirilir” mifini beynəlxalq aləmə, xüsusilə, qərb dünyasına çatdırmaqdır. "Böhtan kampaniyası" öncədən proqnozlaşdırılırdı. Münaqişənin dini səbəblərdən meydana çıxması ilə bağlı ittihamlar xəstə təxəyyülün nəticəsidir, çünki Azərbaycanda və onun dinlər və ya konfessiyalar arasında heç bir zaman insident olmadığı üçün narahatlığa heç bir səbəb yoxdur və bundan sonra da olmayacaqdır. Müxtəlif dinlərin nümayəndələri sərbəst ibadət edir və dini ayinləri heç bir maneə olmadan yerinə yetirirlər. Hər bir ibadət yeri dövlətin birbaşa dəstəyi ilə tikilir, təmir edilir və qorunur.

Digər ekstremal təbliğatçılar qrupunun fikrincə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi etnik xarakter daşıyır. Erməni məmurları bu təxribatçı iddianı möhkəmləndirmək üçün Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrini əks-mövqe sərgiləməyə çağırsalar da, onların çağırışına səs verən olmadı. Etnik və dini kimliyindən asılı olmayaraq, bu gün bütün azərbaycanlılar qatı düşmənlə yan-yana mübarizə aparırlar. Heç vaxt ölkədənkənar siyasi çağırışların və təbliğatın qurbanı olmurlar.”

Məqalədə həmçinin, Qarabağda yaşayan etnik ermənilərinin Ermənistan tərəfindən münaqişə qurbanları kimi istifadə edilməsi vurğulanır: “Bu gün Ermənistandan fərqli olaraq Azərbaycan monoetnik dövlət deyil, Azərbaycanda multikulturalizm siyasəti həyata keçirilir. Azərbaycanın ədalətli mübarizəsi nə dini, nə də etnik mübarizə deyildir. Bu sadəcə, Azərbaycanın tarixinə, dövlətimizin dini və ya etnik müxtəlifliyinə nəzər salmaqla sübuta yetirilə bilər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbi Ermənistanın ərazi iddiaları və işğalçı siyasətidir. Azərbaycan ərazisinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması və bir milyondan artıq vətəndaşımızın öz dədə-baba torpaqlarından didərgin düşməsi beynəlxalq cinayətdir. Bunu təsdiq edən yüzlərlə sənəd və faktlar vardır. Lakin elə edirlər ki, təxminən 30 ildir mövcud olan problem ədalətli həll edilə bilmir. Ona görə də biz işğal olunmuş torpaqları geri almaq üçün güclü olmağa və öz hüquqlarımızı özümüz həll etməyə davam etməliyik. Bu hibrid və çoxvektorlu müharibədə qələbə Azərbaycanın olacaqdır. Hər bir azərbaycanlı münaqişəyə şərəf uğrunda birgə mübarizə kimi baxır. Qarabağ Azərbaycandır!”

https://nex24.news/2020/10/kommentar-keine-probleme-zwischen-den-religionen-in-aserbaidschan/

https://frblogs.timesofisrael.com/multiculturalisme-une-philosophie-federatrice/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti