...

Beynəlxalq təşkilatlar Ermənistanın münaqişədə birbaşa iştirakı barədə məlumatlandırılıb (FOTO/VİDEO)

Siyasət Materials 24 Oktyabr 2020 20:04 (UTC +04:00)

Bakı. Trend:

Oktyabrın 24-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün növbəti brifinq verib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, brifinqdə qonaqlara Ermənistanın münaqişədə birbaşa iştirakı, Ermənistanın Gorus və Qafan rayonlarından Azərbaycanın Qubadlı və Laçın rayonlarının ərazilərinin, Ağdərə rayonunun işğal altında olan ərazilərindən Goranboy, Tərtər və Naftalan rayonlarında yaşayan Azərbaycan mülki əhalisinin və infrastrukturunun raket zərbələrinə məruz qalması, eləcə də humanitar atəşkəs rejiminin kobud şəkildə pozması haqqında ətraflı məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti