...

Moskva Bakının Rusiyaya məxsus helikopterlə insidentdə öz təqsirini dərhal etiraf etməsini müsbət qiymətləndirir - Rusiya XİN

Siyasət Materials 10 Noyabr 2020 01:31 (UTC +04:00)
Moskva Bakının Rusiyaya məxsus helikopterlə insidentdə öz təqsirini dərhal etiraf etməsini müsbət qiymətləndirir - Rusiya XİN

Bakı. Trend:

Azərbaycan tərəfi Moskvanı Rusiya helikopteri ilə bağlı insidentin dərhal araşdırılacağına və günahkarların cəzalandırılacağına əmin edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Bakının Mi-24 helikopterinin vurulması ilə bağlı məsələdə öz təqsirini dərhal etiraf etməsini müsbət qiymətləndiririk. Azərbaycan tərəfinin bu hadisənin dərhal araşdırılacağı və günahkarların cəzalandırılacağı barədə verdiyi təminatları da qeyd edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti