...

Almaniya BQXK-nin Qarabağdakı fəaliyyəti üçün vəsait ayırıb

Siyasət Materials 13 Noyabr 2020 14:41 (UTC +04:00)
Almaniya BQXK-nin Qarabağdakı fəaliyyəti üçün vəsait ayırıb

Bakı. Trend:

Almaniya hökuməti 2020-ci ilin sonuna qədər Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Qarabağdakı fəaliyyəti üçün 2 milyon avro vəsait ayırıb.

Trend-in məlumatına görə, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyinin "Facebook" səhifəsində bildirilib.

Səfir Volfqanq Maniqin sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsi, Qızıl Aypara Cəmiyyəti və Qırmızı Xaç Cəmiyyətləri ilə əməkdaşlıq edərək Qarabağ münaqişəsindən əziyyət çəkərək fövqəladə humanitar vəziyyətə düşmüş insanlara kömək olacaq, bərpa və və yenidənqurma işlərində iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti