Fransa Dağlıq Qarabağ münaqişəsini yenidən alovlandırmağa çalışır - Deputat

Fransa Dağlıq Qarabağ münaqişəsini yenidən alovlandırmağa çalışır - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsinin qəbul olunması BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin pozulması ilə yanaşı, Fransanın Minsk Qrupunun həmsədr ölkəsi və BMT TŞ-nin daimi üzvü kimi fəaliyyəti ilə də ziddiyyət təşkil edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanatla Ermənistan və Azərbaycan arasında hərbi eskalasiyaya son qoyulub və regionda sülhün bərqərar olunması istiqamətində praktiki işlərə başlanıb:

“Bu gün ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransa bu razılaşmanı pozmağa və münaqişəni yenidən alovlandırmağa çalışır. Qeyd etməliyik ki, Fransanın bu cəhdləri arxadan atılan daşa bənzəyir və 3 ölkə arasında imzalanmış razılaşmanı poza bilməz.

Azərbaycan Ermənistanın təxribatlarına cavab olaraq torpaqlarını işğaldan azad etməyə başladığı ilk gündən Fransa qərəzli və ədalətsiz mövqe nümayiş etdirdi. Davamlı olaraq Ermənistanın təcavüzünü dəstəkləyən bəyanatlar verdi. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi nümayiş etdirmədiyi fəallığı son bir neçə ayda nümayiş etdirdi.

Dəfələrlə Türkiyə və Azərbaycanın guya xaricdən muzdlu terrorçuları döyüşlərə cəlb etməsi ilə bağlı indiyə qədər heç bir sübutla təsdiq olunmamış iddialar irəli sürdü. Azərbaycan dəfələrlə sübut istəsə də Azərbaycan tərəfinə heç bir dəlil və sübut təqdim edilmədi. Ancaq Ermənistan silahlı qüvvələri sıralarında Fransa vətəndaşları olan muzdluların Azərbaycan ərazilərində döyüşlərdə iştirak etməsi barədə faktlar və dəlillər Azərbaycan tərəfindən Fransa tərəfinin diqqətinə çatdırılmasına baxmayaraq heç bir açıqlama təqdim edilmədi, hüquqi ölçü götürülmədi.

Əgər Fransa haqqın və ədalətin tərəfdarıdırsa Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunmasına, mülki əhalinin qətlə yetirilməsinə, işğalçı dövlətin torpaqlarımızda etnik təmizləmə, ekoloji terror, qeyri-qanuni məskunlaşma, qanunsuz iqtisadi fəaliyyətlər aparmasına, məscidləri dağıtmasına qarşı niyə 30 il susqun mövqe nümayiş etdirdi? Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, məgər müsəlmanları qətlə yetirmək, məscidlərini dağıtmaq, onların dəyərlərinə hörmətsiz münasibət nümayiş etdirmək olar?”.

Deputat vurğulayıb ki, Azərbaycan hər zaman Fransa ilə əlaqələrin inkişafına, yüksək əməkdaşlığın qurulmasına xüsusi önəm verib:

“Bu gün Azərbaycanda Fransa məktəbi, universiteti, şirkətləri sərbəst fəaliyyət göstərir. Fransa Azərbaycanla əlaqələrin inkişafında daha maraqlı olmalı, dövlət maraqları şəxsi maraqlara qurban verilməməli idi.

Bu gün Fransa tarixinin növbəti ən utancverici günlərindən birini yaşayır. Fransanın əli tarixdə dəfələrlə qana batıb. Tunis, Əlcəzair, Vyetnam və bir sıra digər ölkələrdə baş verən hadisələrdə də Fransa haqsızlığın və ədalətsizliyin tərəfində olmuşdu.

Bir müddət bundan əvvəl Fransanın siyasi dairələrinin Məhəmməd peyğəmbərin karikaturasının çəkilməsini demokratiya və insan azadlığı ilə əlaqələndirməsi bu ölkənin imicinə ciddi ziyan vurmuş, müsəlman ölkələri tərəfindən hiddətlə qarşılanmışdı.

Bütün bunlar eyni zamanda, Fransada artmaqda olan islamofobiyanın, İslam dininə və müsəlmanlara qarşı həyata keçirilən ayrı-seçkiliyinin bariz nümunəsidir”.

Azərbaycanda sərt karantin rejimi yumşaldıldı
Azərbaycanda sərt karantin rejimi yumşaldıldı
Amsterdamda polis nümayişi dağıtmaq üçün su şırnaqlarından istifadə edir
Amsterdamda polis nümayişi dağıtmaq üçün su şırnaqlarından istifadə edir
Avstriya sərt karantin müddətini 7 fevrala qədər uzadır
Avstriya sərt karantin müddətini 7 fevrala qədər uzadır
Loading Bars
Xəbər lenti
Amsterdamda etiraz aksiyası zamanı 115 nəfər saxlanılıb
Braziliyada koronavirusa qarşı iki vaksinin istifadəsinə icazə verilib
Fransada koronavirusdan ölənlərin sayı 70 min nəfəri ötüb
"İnter" son 4 ildə ilk dəfə "Yuventusu" məğlub etdi
Britaniyada bir gündə koronavirusa 38 mindən artıq yoluxma qeydə alınıb
Cəbhəboyu ərazilərdəhərbi sursat, mərmi qalıqları və minalar aşkarlanıb - ANAMA (FOTO)
Qarabağda yaşanan hisslər hər sevgidən üstündür... Şəhidlərin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." (FOTO)
ÜST: Dünyada ötən sutka koronavirusa 683 mindən çox yoluxma qeydə alınıb
Fransada komendant saatını pozan 5,9 min nəfər cərimələnib
Bu gündən koronavirusa qarşı vaksinasiya başlayır
Bütün qapalı və açıq məkanlarda maska məcburidir - RƏSMİ
SMS icazə ləğv olundu - RƏSMİ
Azərbaycanda sərt karantin rejimi yumşaldıldı
Bakıda ikimərtəbəli evdə yanğın olub
Trampın reytinqi antirekordu yeniləyib
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
Türkiyə Super Liqası: "Beşiktaş" "Qalatasaray"ı məğlub etdi
Yunan-Roma güləşçilərimiz "Qran-pri"də 8 medal qazandı
Türkiyədə son sutkada koronavirusdan 8 812 nəfər sağalıb
ABŞ-ın yeni vitse-prezidenti yanvarın 18-də əvvəlki vəzifəsini tərk edəcək
Şəhid ailələrinə və müharibə əlillərinə qayğı bundan sonra da artacaq - Deputat
Amsterdamda polis nümayişi dağıtmaq üçün su şırnaqlarından istifadə edir
Hirkan Milli Parkında yanğın davam edir
Avstriya sərt karantin müddətini 7 fevrala qədər uzadır
Qara dənizdə batan Rusiya gəmisinin heyətindən 6 nəfər Türkıyə tərəfindən xilas edilib, daha dörd nəfər həlak olub
Şuşa fatehlərindən olan şəhid çavuş
TDƏŞ, TÜRKSOY və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti Füzulidə (FOTO)
Azərbaycanda 845 nəfər COVID-19-dan sağalıb, 322 nəfər yoluxub, 11 nəfər vəfat edib
Əhməd İsmayılov Elçin Şıxlının "Pressinq" verilişinin qonağı olub (VİDEO)
Azərbaycan və Türkiyə ordularının birgə təlimi keçiriləcək (FOTO/VİDEO)
Daha bir qazi yüksək texnologiyalı protezlə təmin edilir (FOTO)
Murov dağı istiqamətində Ömər aşırımında yenidən azan səsləndirilir (VİDEO)
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya bölgələrdə də fəaliyyətə başlayır
MN səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətləri ilə bağlı məlumat yayıb (VİDEO)
Türkiyədə zəlzələ baş verib
Ünvanlı sosial yardım necə təyin edilir? (VİDEO)
Sumqayıtda arvadını boğaraq qətlə yetirən şəxs saxlanıldı
Rusiyada koronavirusa yoluxanların sayı 3,56 milyonu keçib
Daha iki qazimizə sosial dəstək işləri başlanılıb (FOTO)
Azərbaycanda qarşıdakı dövrdə tədrisin təşkili qaydaları gələn həftə açıqlanacaq
Bütün türk xalqları azad edilmiş ərazilərin dirçəlməsini təmin edəcəklər - TÜRKSOY-un baş katibi
MN-də yaradılmış komissiyalarda “veteran adı”nın verilməsi səlahiyyəti yoxdur - Anar Eyvazov
Təxris olunanların müraciətinə baxılması üçün daha 2 komissiya yaradılacaq - MN
Azərbaycan qələbəsi bütün türk ölkələri üçün çox böyük bir qələbədir - TDƏŞ Baş katibi
MN-də yaradılan komissiyada Bakı şəhəri üzrə 1751 müraciətə baxılıb - Anar Eyvazov
Sabahın hava proqnozu açıqlanıb
Dələduzlar kart məlumatlarınızı oğurlaya bilərlər - XƏBƏRDARLIQ
Ermənistan Ağdamda tarixi, dini abidələr talan edib, buna biganə qala bilmərik - Türk Mədəniyyət və İrsi Fondunun prezidenti
TDƏŞ, TÜRKSOY və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti Ağdama səfər edib (FOTO)
Dünyada sutka ərzində koronavirusdan 13 minə yaxın insan ölüb
Marginallar bu tarixi imtahanda da xalqımızın yanında ola bilmədilər - Deputat
Naxçıvan koridorunun regionda yaratdığı perspekivlər - Postblokada dövründə yeni inkişaf mərhələsi
SOCAR istiqrazları sahiblərinə növbəti dəfə $1.25 milyon dollarlıq gəlir gətirəcək
Əfqanıstanda güclü zəlzələ baş verib
Henri Deqlan Qran-Pri turnirində güləşçilərimiz 5 medal qazanıblar
Qubada ikimərtəbəli ev yanıb
NASA mütəxəssisləri Aya uçuş üçün raket mühərriklərinin atəş sınaqlarını keçiriblər
İndoneziyada baş verən bir sıra zəlzələ nəticəsində ölənlərin sayı 56-ya çatıb
2021-ci ilin martına qədər koronavirus qurbanlarının sayı 5 milyonu keçə bilər - Alimlər xəbərdarlıq edib
Avstriya sərt karantin müddətini 24 yanvardan 7 fevral tarixinə qədər uzadacaq
Argentinada koronavirusun "Britaniya" ştammına ilk yoluxma hali aşkar edilib
Danimarkada "Cənubi Afrika" ştammına ilk yoluxma faktı qeydə alınıb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 688 mindən çox artıb
Türkiyədə son sutkada koronavirusdan 8 005 nəfər sağalıb
Suraxanıda tikili yanıb
Fransada etiraz aksiyasında 12 polis xəsarət alıb (ƏLAVƏ OLUNUB)
Filippin Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb
Azərbaycanın ictimai həyatında gənclərin iştirakı
Hirkan Milli Parkında baş verən yanğın lokallaşdırıldı
Azərbaycanda COVID-19 əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası təsdiq edilib
Britaniyada son sutkada koronavirusdan 1295 nəfər ölüb
Zabratda qamışlıq ərazidə baş verən yanğın söndürülüb
Türkiyənin vitse-prezidenti COVID-19-a qarşı peyvənd olunub
Dövlət Yol Polisi: Müvafiq icazəsi olmayan şəxslər keçid postlarından buraxılmayacaqlar
Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetişdirdiyi gənclər bizə Zəfər yaşatdı - Deputat
Gimnastlarımız “Fəxri idman ustası” adına layiq görüldü
Prezidentin köməkçisi Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında iştirak edib (FOTO)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
Göyçay rayonunda ev yanıb
Şamaxı rayonunda yaşıllıqların sahəsi daha da genişləndirilir (FOTO)
Hirkan Milli Parkında baş vermiş yanğının bir istiqamətdə söndürülməsi təmin edilib (VİDEO)
Ötən il Azərbaycanın neft məhsulları ixracı artıb
Bu gün Bakıda 554 küçə dezinfeksiya edilib (FOTO)
Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs edilib (FOTO)
Ağdam rayonunun Şelli kəndi (FOTO/VİDEO)
Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib
“Azərlotereya” Türkiyənin “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib - SƏRƏNCAM
BŞİH və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib (FOTO)
Kəlbəcər qəbiristanlığında 27 ildən sonra azan səslənib (VİDEO)
Çində 5 gün ərzində xəstəxana tikilib
Postlardan keçməyə cəhd göstərən 1751 nəqliyyat vasitəsi geri qaytarılıb - STATİSTİKA
İranda 96 nəfər koronavirusdan ölüb
İsmayıllı sakinlərindən 4 ədəd odlu silah götürülüb (FOTO)
Prezident İlham Əliyev dünyaya mesaj verdi ki, Azərbaycan həmişə bəşəri dəyərlərə qiymət verən humanist bir dövlətdir - Tamam Cəfərova
Bu il aktiv məşğulluq və sosial müdafiə proqramları daha da genişlənəcək
Bakının hansı rayonunda koronavirus daha çox yayılıb?
Prezidentin tarixi zəfəri: Bir zamanlar düşmənlərin “Yallı” getdiyi Cıdır düzünə artıq öz sahibləri qayıdıb
Azərbaycanda koronavirusa yoluxmanın ən çox qeydə alındığı bölgələr
Köçkünlərin azad edilən ərazilərimizə qayıdışı 3 mərhələdə ola bilər - İqtisadçı
Azercell-in Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci il ərzində yüzlərlə insana təmənnasız tibbi xidmət göstərib! (FOTO)
Bütün xəbərlər