Azərbaycan ilk gündən pandemiyaya yalnız qlobal həmrəyliklə qalib gəlməyin mümkünlüyü mesajını dünyaya ünvanladı - Vüqar Rəhimzadə

Azərbaycan ilk gündən pandemiyaya yalnız qlobal həmrəyliklə qalib gəlməyin mümkünlüyü mesajını dünyaya ünvanladı - Vüqar Rəhimzadə

Bakı. Trend:

Hazırda dünya COVID-19-un ikinci dalğasını daha ağır şəkildə yaşayır. Virusa yoluxma və ölüm hallarının statistikası həyəcan təbili çalır. Koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə başlandığı gündən dövlətimizin başçısı İlham Əliyev dünyaya bu mesajı ünvanladı ki, koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Təcrübə mübadiləsi, səylərin birləşdirilməsi nəticəsində bu virusa yoluxmanın coğrafiyasının genişlənməməsinə, ən əsası ölüm hallarının qarşısının alınmasına nail olmaq mümkündür. Təbii ki, əsas olan başlanğıc mərhələnin düzgün seçilməsi, özünütəcridi özünəqapanma ilə eyniləşdirməyərək birgə müzakirələr əsasında çıxış yollarını axtarmaq idi. Azərbaycanın ilk gündən koronavirus pandemiyasına qarşı istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda həyata keçirdiyi tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək dəyərləndirildi. Bu proqnoz səsləndirildi ki, Azərbaycan COVID-19-la mübarizədən az itki ilə çıxan ölkələr sırasında olacaq. Möhtərəm Prezidentimizin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin keçirilməsi, həmçinin cənab İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürməsi, bir-birinə əks qütbləri pandemiyaya qarşı mübarizə əsasında bir araya gətirməsi, 30-dan artıq ölkəyə humanitar yardım göstərməsi və sair kimi addımlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinə və roluna yeni dividendlər qazandırdı.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə bildirib.

V.Rəhimzadə qeyd edib ki, Türk Şurasının Zirvə Görüşündə cənab İlham Əliyev pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələrin və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi olduğumuzu diqqətə çatdırdı. Belə bir təhlükənin hər bir ölkənin qapısını döydüyü şəraitdə dövlətimizin başçısının ölkəmizlə yanaşı, digər dövlətlərin də vəziyyətini düşünərək nümunəvi addım atması, birlik, həmrəylik çağırışını etməsi Zirvə Görüşündə yüksək dəyərləndirildi. Bir daha vurğulandı ki, pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlmək mümkündür. Türk dünyasını bir araya gətirən cənab İlham Əliyev 120 ölkənin təmsil olunduğu Qoşulmama Hərəkatının Zirvə Görüşünün keçirilməsinə nail oldu. Hər bir tədbir aparılan müzakirələrlə yanaşı, sonda qəbul olunan qərarlarla, Birgə Bəyannamə ilə diqqət çəkir".

Baş redaktor qeyd edib ki, pandemiyaya qarşı mübarizə tədbirlərinə başlandığı vaxtdan dövlətimizin başçısı İlham Əliyev ölkə daxilində "Biz birlikdə güclüyük!" çağırışını irəli sürərək, hər kəsi bu amal ətrafında birləşməyə, səfərbər olmağa çağırdı: "Bu çağırış eyni zamanda, hər birimizin üzərinə bu məsuliyyəti qoydu ki, yeni qaydalarla yaşamağı öyrənməliyik. Bu qaydalar şəxsi gigiyenaya riayət etmək, tibbi maskadan, dezinfeksiya vasitələrindən istifadə, sosial məsafənin gözlənilməsi, ehtiyac duyulmadığı təqdirdə evdən çıxmamaqdır".

V.Rəhimzadə bildirib ki, bir neçə ay bundan əvvəl COVID-19-un yenidən aktivləşəcəyi barədə səslənən proqnozlar artıq öz təsdiqini tapır: "Artıq payız aylarından başlayaraq virusa yoluxanların sayında kəskin artım qeydə alınıb. Çox qorxunc proqnozlar səslənməkdədir. Belə bir vaxtda «COVID-19-la mübarizədə birlikdəyik!» çağırışına uyğun olaraq BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təqdirəlayiqdir. Dövlətimizin başçısı İlham Əliyevin bu təşəbbüsü həm Qoşulmama Hərəkatı ölkələri, həm də digər BMT-yə üzv dövlətlər tərəfindən dəstəklənmişdir. 130-dan çox ölkə öz rəsmi dəstəyini ifadə etmişdir. Cənab İlham Əliyev bu təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atmışdır. Məlum olduğu kimi, 2020-ci ilin iyulun 10-da Xüsusi Sessiya rəsmi olaraq öz işinə başlamışdır. Çoxsaylı müzakirələr zamanı Xüsusi Sessiyanın sədrliyi, keçirilmə qaydaları və digər önəmli məsələlər barədə qərarlar verilmişdir. Müzakirələrin sonunda “Koronavirus xəstəliyi (COVID-19) pandemiyasına cavab olaraq Baş Assambleyanın Xüsusi Sessiyası” ilə bağlı qətnamə qəbul edilmişdir ki, bu sənədə əsasən BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş Xüsusi Sessiyası 3-4 dekabr tarixlərində keçiriləcək".

Baş redaktor bildirib ki, diqqət çəkən məqam işğalçı Ermənistanın hətta qlobal təhdid ilə mübarizədə belə öz çirkin niyyətindən əl çəkməməsidir: "Bütün dünya birliyi COVID-19 pandemiyasına qarşı vahid mövqe nümayiş etdirdiyi halda Ermənistan əvvəldən bu təşəbbüsə qarşı çıxmışdır. Bu qətnamə ilə bağlı müzakirələrdə də Ermənistan ona qarşı çıxmış və təşəbbüsü dəstəkləməmişdir. Amma işğalçı dövlət unudur ki, koronavirusun ən ağır fəsadlarını bu ölkə yaşayır. Hakimiyyətin mübarizə tədbirlərinin həyata keçirilməsi ilə bağlı heç bir təcrübəsinin olmaması işğalçı ölkədə yoluxma ilə yanaşı, ölüm hallarının da pik həddə çatmasına səbəb olub. İşğalçı dövlətin “yeni ərazilər uğrunda müharibə planı”nı həyata keçirmək üçün cəbhə xəttində təxribatlara cəhd etməsi də daxildəki problemlərdən diqqəti yayındırmaq məqsədi daşıyırdı".

"Günümüzün reallığı budur ki, COVID-19 pandemiyası kimi qlobal təhdidə qlobal bir cavab lazımdır" söyləyən Vüqar Rəhimzadə bildirib ki, BMT bütün dünya dövlətlərinin təmsil olunduğu ən böyük beynəlxalq platforma kimi bu cavabın tapılmasında əsas rol oynamalı idi. Bu mənada bəşəriyyətin BMT-dən böyük gözləntiləri var. Bu təşəbbüs pandemiyaya qarşı mübarizədə müstəsna əhəmiyyətə malikdir və inanırıq ki, bu müzakirələr nəticəsində dünyanı pandemiya bəlasından xilas edə biləcək önəmli qərarlar veriləcək.

Azərbaycan 2030-cu ilədək ÜDM-ni iki dəfə artıracaq - Mikayıl Cabbarov
Azərbaycan 2030-cu ilədək ÜDM-ni iki dəfə artıracaq - Mikayıl Cabbarov
Ötən il Azərbaycanın neft bitumu istehsalı 10 dəfədən çox artıb
Ötən il Azərbaycanın neft bitumu istehsalı 10 dəfədən çox artıb
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yükaşırmanın həcmi artıb
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yükaşırmanın həcmi artıb
Loading Bars
Xəbər lenti
MDU-nun tələbə gəncləri 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş tədbir keçirib (FOTO)
“Məqsəd o idi ki, Azərbaycan xalqının iradəsi sınsın, amma alınmadı” - 20 Yanvar faciəsinə xarici ekspertlərin baxışı “Hədəf”də
Çin ABŞ-ın 28 vətəndaşına qarşı sanksiya tətbiq edib
Ombudsman Aparatının əməkdaşı 20 Yanvar faciəsinə həsr edilmiş videokonfransda iştirak edib
Azərbaycan 2030-cu ilədək ÜDM-ni iki dəfə artıracaq - Mikayıl Cabbarov
Türkiyədə koronavirusa qarşı vaksinasiya olunanların sayı 1 milyonu ötüb
Ombudsmanın regional mərkəzləri tərəfindən 20 Yanvar faciəsi ilə bağlı onlayn tədbirlər keçirilib (FOTO)
Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəldi
Bakıda yataqxana binasında yanğın olub
20 Yanvar: Faciə və qəhrəmanlıq tariximiz
Cozef Bayden ABŞ-ın 46-cı prezidenti kimi fəaliyyətə başladı
İtaliyanın mətbuat orqanları Qanlı Yanvar faciəsindən yazırlar
Estoniyada koronavirusun "Britaniya" ştammı aşkarlanıb
İranın xarici işlər naziri Bakıya gəlir
XX əsrdə ikinci dəfə öz müstəqil inkişaf yolunu seçən Azərbaycan istəklərini qurbanlar bahasına gerçəkləşdirdi - Tarixçi
Tramp Baydenin inauqurasiyasını gözləmədən Ağ Evi tərk etdi
Madridin mərkəzində güclü partlayış olub, ölənlər və yaralananlar var (ƏLAVƏ OLUNUB)
20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi açılıb (FOTO)
Belarus saytında 20 Yanvar faciəsinin ildönümünə dair məqalə dərc edilib
Ermənilərin qarşısını kəsdiyi çaylar: 30 min hektar ərazi su ilə təmin olunacaq - Trend TV-nin reportajı (VİDEO)
Kəlbəcər rayonunun Nadirxanlı kəndi (VİDEO/FOTO)
London sakinlərinə 20 Yanvar faciəsindən bəhs edən bukletlər paylanıb (FOTO)
Türkiyədən peşəkar klinik-psixoloq və psixoterapevtlər ölkəmizə gəlib (VİDEO)
Cəllad Stepan Şaumyanın Fransada izləri - Fransa mətbuatı
Ombudsman Aparatında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı videokonfrans təşkil edilib
ABŞ-da 20 Yanvar faciəsi ilə bağlı məktub kampaniyası başlayıb
MDU və Mingəçevir Gənclər Evi birgə “20 Yanvar: şərəf və qəhrəmanlıq səhifəmiz” mövzusunda anım tədbiri keçirib (FOTO)
Azərbaycanda 897 nəfər COVID-19-dan sağalıb, 332 nəfər yoluxub, 12 nəfər vəfat edib
Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsi barədə: Unutmadıq, unutmayacağıq!
Təhsil Mərkəzinə çatanda gördüm yerdə bir nəfər uzanıb, üzərinə isə qara gödəkçə salınıb - Qanlı Yanvar şahidi
Vətən müharibəsində iştirak edən 2 777 şəxsin müraciətinə baxılıb
Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırıb
20 Yanvar faciəsi nəinki xalqımızı qorxutmadı, əksinə, müstəqillik iradəsini möhkəmləndirdi - Deputat
Co Bayden prezident qismində ilk bu sənədləri imzalayacaq
Fransa mətbuatında 20 yanvar faciəsi haqda məqalə dərc olunub
İranda koronavirusdan ölənlərin sayı 57 min nəfəri keçdi
Şuşada 20 Yanvar faciəsinin ildönümü qeyd olunub (VİDEO)
20 yanvar hadisələri bakılıların həyatını "əvvəl" və "sonra"ya böldü - Lev Spivak
Azərbaycan əhalisi 56 min nəfərdən çox artıb
20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan Ordusunda tədbirlər keçirilib (FOTO/VİDEO)
Ombudsman 20 Yanvar faciəsi ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib (VİDEO)
Bakıda güclü yanğın - Mebel və avtomobil sexləri, 1 ”Opel” yandı
20 Yanvar qırğınının baiskarları, o cümlədən Qorbaçov cəzasını almalıdır - QMİ sədri
Türkiyə XİN 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Ötən il Azərbaycanın neft bitumu istehsalı 10 dəfədən çox artıb
“20 Yanvar” qurbanlarının xatirəsi elektrik deposunda anılıb (FOTO)
20 Yanvar faciəsi xalqımızın milli şüuruna dönüş hadisəsi kimi daxil oldu - Şəhid bacısı
Azərbaycanda neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi artıb
Dinc insanlar qətlə yetirildi - Fransa səfiri Qanlı Yanvardan yazıb
Aİ-nin Azərbaycandakı nümayəndəliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat verib
Qara Yanvar Azərbaycan xalqı üçün müstəqillik uğrunda mübarizənin rəmzidir - Dmitri Panin
Bolqarıstan mətbuatı 20 yanvar hadisələri barədə yazıb (FOTO)
Vaksinlərdən sonra normal həyata nə zaman qayıdacağıq? - “Sahil Kərimli ilə Aktual”da mütəxəssislər sualları cavablandırıb (VİDEO)
Şəhid və müharibə iştirakçısı ailələrinin 3200-dən çox üzvü sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə edilib (FOTO)
DTX kollegiya üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıb
Hacıqabulda qanunsuz ov edənlər saxlanılıb
Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir (FOTO)
Sabah da qar yağacaq, şaxta olacaq
Qərənfillər bu gün xarıbülbüllə birlikdə açır - Çavuşoğlu 20 Yanvar faciəsindən yazdı
Rusiyada koronavirusdan ölənlərin sayı 67 mini keçib
Azərbaycanda yaşayan yəhudilər 20 Yanvar qurbanlarını yad edib: Bu, ölkədəki bütün xalqların acısıdır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO/VİDEO)
Yanvarın 19-u axşam işə gəlirdim... - 20 Yanvar şahidi
DİN əməliyyat keçirib - Silahlı şəxslər saxlanılıb
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, hərəkət dayandırıldı (FOTO/VİDEO)
Sol ayağını itirmiş qaziyə yüksək texnologiyalı protez hazırlanır (FOTO)
Baş konsulun 20 Yanvar faciəsi haqda məqaləsi ABŞ-da dərc edilib
Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıb - Nazir (FOTO)
20 Yanvar yalnız kədər və ağrı ilə xatırlanacaq bir gün deyil, həm də şərəf günüdür - Hüseyin Altınalan
20 yanvar şəhidlərinin xatirəsini hörmətlə anırıq - Britaniya səfiri (FOTO)
“Azərsun Holdinq”in kollektivi 20 yanvar tarixində Şəhidlər Xiyabanını ziyarət edib
Azərbaycan neftinin qiyməti 56 dolları keçib
Paşinyan müxalifətin Qarabağ müharibəsini araşdırmaq təklifini qəbul etmədi
Qazaxıstan səfirliyi 20 Yanvar qurbanlarının xatirəsini anıb
Türkiyə müharibədən sonra da Azərbaycana dəstək üçün səfərbər olub - Səfirdən Bahçelinin fikirlərinə aydınlıq
Ən çox qar bu ərazilərə yağıb - Faktiki hava
Türk Şurası 20 Yanvar qurbanlarının xatirəsini yad edib
Tramp son fərmanını imzaladı - Keçmiş məmurlar əfv olundu
Göyçayda keçmiş məhkumdan narkotik götürülüb (FOTO)
Azərbaycana yeni səfir təyin olunsa da, hələki vəzifəmi icra edirəm - Erkan Özoral
Şəhidlər Xiyabanı istiqamətində şəxsi avtomobillərdən istifadə etməyin -Sürücülərə müraciət
Yunanıstan parlamenti Azərbaycan qazı ilə bağlı sazişi müzakirə edir
Ermənilər Vaqifin muzey-məqbərə kompleksini məhv ediblər - Monitorinqin nəticələri açıqlandı
Vaksinasiya mərhələli şəkildə davam edir - Nazir müavini
Los Ancelesdəki Baş Konsulluq 20 Yanvar faciəsi barədə ingilis dilində film hazırlayıb
Zəfər savaşından sonra bütün şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq, bütün şəhidlərimizin ruhu şaddır - Hikmət Hacıyev (VİDEO)
Hər zaman olduğu kimi Ümumxalq Hüzn Günündə də Azərbaycanın yanındayıq - Türkiyə səfirliyi
Yakutiyada 50 dərəcə şaxta qeydə alınıb
20 yanvar hadisəsi Azərbaycanın müstəqillik mübarizəsini boğmağa qarşı yönəldilmişdi - Tarixçi alim
Azərbaycanda sahibkarlıq sahəsində innovativ xidmət təqdim edilib
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
İsveçdə 5G şəbəkəsinin yaradılmasında 4 şirkət iştirak edəcək
XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
Almaniyada karantin 14 fevrala qədər uzadılır
Portuqaliyanın İqtisadiyyat naziri koronavirusa yoluxub
Almaniyada insan alveri ilə məşğul olan dəstə saxlanılıb
İsraildə karantin 31 yanvara qədər davam edəcək
Air France fevral və martda Rusiyadan Parisə bir sıra uçuşlar həyata keçirəcək
Liviyanın hərbi-dəniz məktəbində partlayış baş verib
Cəbhəboyu ərazilərdə iki gündə 129 ədəd mina aşkarlanıb - ANAMA (FOTO)
Bütün xəbərlər