İtaliya deputatları Gəncə və Ağdama səfərləri barədə təəssüratlarını bölüşüblər (FOTO)

İtaliya deputatları Gəncə və Ağdama səfərləri barədə təəssüratlarını bölüşüblər (FOTO)

Bakı. Trend:

Gəncədə erməni terroru nəticəsində böyük dağıntıların yarandığı əraziyə və Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər edən İtaliya parlamentinin nümayəndə heyətinin üzvləri öz təəssüratlarını sosial şəbəkələrdəki hesablarında paylaşıblar.

Trend-in məlumatına görə, nümayəndə heyətinin rəhbəri, Deputatlar Palatasının sədr müavini Ettore Rosato Azərbaycanın ikinci böyük şəhəri Gəncədə mülki əhalinin bombalanmasının dəhşətli nəticələri ilə tanış olduqlarını və bu dramatik mənzərəni heç zaman unutmayacağını yazıb. Qarabağda şəhər və kəndlərin talan olunduğunu və tamamilə yerlə-yeksan edildiyini bildirən E.Rosato Ağdam məscidinin minarəsindən videogörüntülər də paylaşıb. Qarabağa səfər edən ilk Avropa parlament nümayəndə heyətinin rəhbəri videoda Ağdam şəhərindəki dağıntıları nümayiş etdirib və tezliklə burada həyatın bərpa olunacağına ümid ifadə edib.

İtaliya Senatının Xarici əlaqələr daimi komissiyasının üzvü, hakim “5 Ulduz Hərəkatı” partiyasından olan senator Canluka Ferrara “Qafqazın Xirosiması” adlanan Ağdama gedən yolun minalanmış ərazilərdən keçdiyini yazıb. 1993-cü ildə erməni qoşunları tərəfindən işğal edilən və dağıdılaraq “ruhlar şəhərinə“ çevrilən Ağdamda yeganə salamat binanın şəhər məscidi olduğunu qeyd edən C.Ferrara işğal illərində bu dini məbədin donuz tövləsi kimi istifadə edildiyini diqqətə çatdırıb. Bu dəhşəti, misli görünməmiş vəhşiliyi yaxından görə bilən ilk beynəlxalq missiyanın üzvü kimi o, səhraya dönmüş bu ərazilərə insanların tezliklə geri qayıdacaqlarına inam ifadə edib.

İtaliya parlamentində “İtaliya qardaşları” partiyasından olan senator, Senatın xarici əlaqələr daimi komissiyasının üzvü Adolfo Urso öz qeydlərində Gəncədə onlarla qadın, uşaq və qocanın ölümünə səbəb olan raket hücumundan bəhs edib. O, məhv olan ailələr, qətlə yetirilmiş uşaqların oyuncaqları, evlərin dağıdılmış divarlarını sağalması çətin olan yaranın təzahürləri kimi təqdim edib. Həmin dramatik hadisələrin bir daha təkrarlanmaması üçün bu yaraların və acıların sağaldılmalı olduğu qeyd edilib.

A.Urso Ağdamda məscidin donuz tövləsi kimi istifadəsini isə təhqir nümunəsi kimi dəyərləndirib və bu gördüklərinin təəssüf ki, ağrılı həqiqət olduğunu yazıb.

İtalyan parlamentari Alessandro Alfieri Gəncə və Ağdamda gördüyü vəziyyəti ətraflı təsvir edib. Bir zamanlar Azərbaycanın çiçəklənən şəhərlərindən biri olan Ağdama gedən yolda bütün üzüm bağlarının məhv edildiyi, əkin sahələrinin səhraya çevrildiyi, ətraf ərazilərin minalandığı və yalnız xüsusi hərbi hissələrin həmin ərazidə təmizləmə işləri apardığı bildirilir. Qeyd edilir ki, müharibə başa çatsa da, mülki əhali bu ərazilərə geri dönə bilmək üçün səbir etməlidir. O, yaxın günlərdə qohumlarının məzarlarını ziyarət etmək istəyərkən minaya düşən bir ailənin faciəsini də diqqətə çatdırır.

Parlamentari Ağdam haqqında təəssüratlarını müsbət notlarla bitirir. O qeyd edir ki, dəfələrlə Azərbaycan çempionu olmuş və Çempionlar Liqasında mübarizə aparmış Ağdamın “Qarabağ” futbol klubu bir neçə gün öncə öz ev stadionuna baş çəkdi və həmin mənzərə insanlarda təsirli hisslər doğurdu. Bu, bir daha göstərdi ki, dağıdılmış şəhər yenidən həyata geri dönə bilər.

Parlamentarilərin “Facebook“, “Twitter“ və “Instagram“ sosial şəbəkələrində birbaşa hadisə yerlərindən paylaşdıqları foto və videolar Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ağır nəticələri barədə dolğun təsəvvürlər yaradıb.

Buzlaşma və yüklənmə səbəbindən bəzi yerlərdə elektrik verilişi kəsilib - “Azərişıq”
Buzlaşma və yüklənmə səbəbindən bəzi yerlərdə elektrik verilişi kəsilib - “Azərişıq”
Qazla bağlı ən çox müraciətlər Xəzər, Sabunçu, Binəqədi rayonlarından olub
Qazla bağlı ən çox müraciətlər Xəzər, Sabunçu, Binəqədi rayonlarından olub
Daxili bazar araşdırmasının aparılmasına dövlət dəstəyi göstərilir
Daxili bazar araşdırmasının aparılmasına dövlət dəstəyi göstərilir
Loading Bars
Xəbər lenti
Bank Respublika 2019 – 2020-ci illərdə keçirdiyi layihələr üzrə “Ən fəal bank” mükafatını qazanıb
Pakistanın Sərhəd İşləri Təşkilatının Baş direktoru Bakıya gəlib (FOTO)
Möhtəşəm Triumf Palace layihəsində sərfəli şərtlərlə mənzillər əldə edə bilərsiniz
Prezident İlham Əliyev Ramanada şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib (FOTO)
Sabah hava yağmursuz olacaq
Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib (FOTO)
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Ukraynada dəyirmi masa keçirilib (FOTO)
“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib (FOTO)
Xocalı soyqırımı qurbanlarının qisası alındı - Deputat
Küveyt mediasında Xocalı soyqırımı barədə məqalələr dərc olunub
Ölkədə peyvənd olunanlar daha çox bu yaşda olanlardır - STATİSTİKA
Azəbaycanlılar Polşa seymini Xocalı soyqırımını tanımağa çağırıblar
Azərbaycanda 207 mindən çox insan koronavirusa qarşı peyvənd olunub - RƏSMİ
ÜST bölgələrdə işləyən tibb işçiləri üçün təlimlər keçirir
“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi
Nazirlikdən İTV-də polisin fəaliyyətinin tənqid edilməsi ilə bağlı AÇIQLAMA
Qarda yıxılaraq xəsarət alanların sayı artıb (ƏLAVƏ OLUNUB)
Xəzər dənizinin Azərbaycan sektorunda ən sərt qış mövsümü 97 il əvvəl olub - Coğrafiya İnstitutu
"Xocalı soyqırımını unutma!" mövzusunda videokonfrans təşkil edilib (FOTO)
Fevralın 26-da “Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək - DİN
Çörəyin qiymətinin artması iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
Prokurorluq Bərdə Peşə Liseyinin direktorunun həbsi ilə bağlı məlumat yayıb
Dələduzluğa görə axtarışda olan qadın 6 il sonra saxlanıldı
Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilən virtual elmi konfrans keçirilib (FOTO)
Şamaxıda qanunsuz ov edən şəxslər saxlanılıb
Paşinyan Baş qərargah rəisini vəziəsindən azad etdi (ƏLAVƏ OLUNUB)
Ağdamda qardaş qardaşı bıçaqlayıb (FOTO)
Ermənistanda hərbi çevrilişə cəhd - Paşinyan tərəfdarlarını meydanlara çağırdı
Azərbaycan XİN-dən Lüksemburq xarici işlər nazirinə cavab
Son 3 gündə 8 kimsəsiz şəxs sığınacağa yerləşdirilib (FOTO)
Bank VTB-nin (Azərbaycan) Visa Platinum kart istifadəçiləri üçün xüsusi yaz təklifi
Sabahdan havanın temperaturu yüksələcək
BANM Stokholm Universiteti ilə kibertəhlükəsizlik sahəsi üzrə mütəxəsis hazırlığına başlayır
Gəncədə qarın təmizlənməsinə başlanıb (FOTO)
1915-ci il hadisələri və Xocalı soyqırımını anlamaq - Gerçək tarixin müzakirəsi
Moskvada Azərbaycan restoranına hücum edən ermənilərə hökm oxunub
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 3 nəfər saxlanıldı (FOTO)
GUAM Katibliyi Xocalı soyqırımının qurbanlarının xatirəsini anıb
Xaçmazın kəndlərində internet avadanlıqlarının modernləşdirilməsi davam edir - Nazirlik
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi səmərəli fəaliyyəti ilə Azərbaycanın haqq işinə dəstəkdir - Naqif Həmzəyev
London və Edinburqda "Xocalıya ədalət!" lövhələri quraşdırılıb (FOTO)
Türkiyə bundan sonra da azərbaycanlı qardaşlarının yanında olacaq - Mustafa Şentop
Xocalı soyqırımı XX əsrin ən ağır cinayətidir - Türkiyə parlamentinin sədri
Kiyevdə Xocalı soyqırımı barədə sənədli film təqdim edilib (FOTO)
Ombudsman Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin üzvləri ilə görüş keçirib (FOTO)
Bakıda keçmiş məhkum avtomatla yaxalandı (FOTO/VİDEO)
Yerevanda etirazçılar yolları bağladı (VİDEO)
Qubadlı rayonunun Yusifbəyli kəndi (FOTO/VİDEO)
BirBank vasitəsilə ölkədə ilk dəfə Mastercard kartları ilə NFC ödənişlər etmək mümkün oldu
Bu partiyalar illik maliyyə hesabatını təqdim edib
Ötən sutka ərzində köməksiz qalan 16 nəfər xilas edilib - FHN (VİDEO)
Mingəçevir Dövlət Universitetində növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb (FOTO)
Azərbaycan nefti bahalaşıb
Bərdədə əməliyyat keçirilib, vəzifəli şəxs həbs edilib
Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb
"Facebook" və "Instagram" sosial şəbəkələrinin işində qüsurlar yaranıb
Pakistanla Azərbaycan arasında yeni aviareys açılır
İsveçrə azərbaycanlıları Cenevrə parlamentinin üzvlərinə müraciət edib
Los Ancelesdə Xocalı soyqırımı barədə ingilis dilində qısa film hazırlanıb
Bakıda ən çox yol qəzaları bu ərazilərdə olub - RƏSMİ
Bakıda qar daha bir qəzaya səbəb oldu (VİDEO)
Ölkədə ən aşağı temperatur olan ərazilər açıqlandı
Bakı yolları səhərə kimi qardan təmizlənib - İcra hakimiyyəti (FOTO/VİDEO)
Son iki gündə Bakıda 200-dən artıq nəqliyyat vasitəsinə ziyan dəyib
Bu yolda güclü buzlaşma var - Magistrallarda son vəziyyət (SİYAHI)
Qarlı havada ölkədə 12 yol qəzası olub, 1 nəfər ölüb
40 min manatlıq silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb (FOTO)
Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən yüksək səviyyəsindədir
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
Qazaxıstanda koronavirusdan son sutka 696 nəfər sağalıb, 795 nəfər yoluxub
Fevralın 25-də xarici valyutaların manata qarşı məzənnələri
Bu gün Aİ liderləri pandemiya və təhlükəsizlik məsələlərini müzakirə edəcəklər
Hərbi təyinatı olmayan Azərbaycan torpaqlarının minalanmasına təsadüfi əməl kimi baxılmamalıdır - Politoloq
Myanmada 5.1 bal gücündə zəlzələ baş verib
Kolumbiya mətbuatında erməni təcavüzü, Xocalı soyqırımı və bu faciələrin fonunda Azərbaycanın keçdiyi inkişaf yolu haqda məqalə işıq üzü görüb
ABŞ Dövlət Departamentində müxtəliflik və inklyuzivlik məsələləri üzrə direktor vəzifəsi yaradılıb
İndoneziyada torpaq sürüşməsi nəticəsində beş nəfər ölüb, onlarla insan itkin düşüb
Conson ÜTT rəhbərini G7 zirvəsinə dəvət edib
ABŞ-da fövqəladə vəziyyət rejiminin vaxtı uzadılır
Çempionlar Liqası: "Mançester Siti" "Borussiya"nı, "Real" "Atalanta"nı məğlub etdi
ÜST: Dünyada ötən sutka koronavirusa 326 mindən çox yoluxma qeydə alınıb
Venesuela XİN İspaniya, Hollandiya, Fransa və Almaniyaya nota verib
Türkiyədə son sutkada koronavirusdan 5 297 nəfər sağalıb
Qarabağın ekoloji faktorları imkan verəcək ki, uzunömürlülərin sayı çoxalsın - Direktor
La Sapienza Roma Universitetinin məzunu Mingəçevir Dövlət Universitetində fəaliyyətə başlayıb (FOTO)
Londonda Xocalı həqiqətləri barədə məlumatlandırma aksiyası keçirilib (FOTO)
Bakıda qarın təmizlənməsi davam edir - BŞİH (FOTO/VİDEO)
Nazirlikdən hava ilə bağlı XƏBƏRDARLIQ
ABŞ-ın Finiks şəhərində erməni terrorunu əks etdirən sərgi təşkil olunub (FOTO)
Xocalı soyqırımı insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayət əməlidir - Pərvin Kərimzadə
Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələrin nəticələri açıqlanıb
Bu rayonlara qar yağır, külək isə mülayimləşib - FAKTİKİ HAVA
UEFA bu çempionatların 2020/2021-ci il mövsümünü ləğv edib
Bişkek ictimaiyyəti dünya birliyini Xocalı soyqırımına obyektiv qiymət verməyə çağırıb (FOTO)
İtaliyanın daha bir şəhəri Xocalı soyqırımını pisləyən sənəd qəbul edib
Ceyhun Bayramovla Aİ komissarı arasında telefon danışığı olub
Sabah məktəblərdə dərs olacaq? - Nazirlikdən AÇIQLAMA
Ceyhun Bayramov Ukrayna xarici işlər nazirinin müavini ilə görüşüb (FOTO)
Pandemiya ən çox avtomobil nəqliyyatı üzrə yükdaşımalara ziyan vurub - Tədqiqat
Ermənistanda Azərbaycana qarşı 3 dəfə "İsgəndər" raketindən istifadənin etirafı, əslində hərbi cinayətlərin etirafıdır - Deputat
Bütün xəbərlər