...

Niderlandda meriya binasında "Baku Network"un direktoru Elxan Ələsgərovun xatirəsinə Azərbaycan bayrağı asılıb (FOTO)

Siyasət Materials 12 Yanvar 2021 11:59 (UTC +04:00)
Niderlandda meriya binasında "Baku Network"un direktoru Elxan Ələsgərovun xatirəsinə Azərbaycan bayrağı asılıb (FOTO)

Bakı. Orxan Nəbiyev - Trend:

Niderlandın Osterveyk şəhər meriyasının binasında mer Hans Yansenin təşəbbüsü ilə "Baku Network" Ekspert Şurasının direktoru, Trend İnformasiya Agentliyinin baş direktor müavini, fəlsəfə doktoru Elxan Ələsgərovun xatirəsinə Azərbaycan bayrağı asılıb.

Qeyd edək ki, Elxan Ələsgərov 2008-2015-ci illərdə Azərbaycanın Haaqadakı səfirliyində işləyib.

Niderlandda ezamiyyəti müddətində E.Ələsgərov ilk dəfə Azərbaycan əsilli niderlandlı qəhrəman, Zaqatalada anadan olmuş Məmməd Məmmədov (Medo), eləcə də İkinci dünya müharibəsi dövründə bu ölkədə əsrilikdə olmuş 22 həmyerlimiz barədə tədqiqat aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti