...

Milli Məclisin Sədri Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verib

Siyasət Materials 14 Fevral 2021 17:10 (UTC +04:00)
Milli Məclisin Sədri Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verib

Bakı. Trend:

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova fevralın 14-də Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntopa başsağlığı ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Milli Məclisin Sədri İraqın Kara bölgəsində 13 nəfər mülki türk vətəndaşının xain terror təşkilatı tərəfindən qətlə yetirilməsindən dərin təəssüf duyduğunu, həlak olanlara Allahdan rəhmət dilədiyini bildirib, qardaş Türkiyə dövlətinə, həyatlarını itirənlərin ailələrinə, yaxınlarına Milli Məclis adından baş sağlığı ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti