...

Paşinyan Rusiyanı İTTİHAM edir: "İskəndər" partlamadı

Siyasət Materials 24 Fevral 2021 13:05 (UTC +04:00)
Paşinyan Rusiyanı İTTİHAM edir: "İskəndər" partlamadı

Bakı. Alpər Ziya - Trend:

Ötən il Qarabağ müharibəsinin sonlarına yaxın Ermənistan ordusu Şuşaya "İskəndər" raketi ilə zərbə endirib. Ermənistan həmçinin Gəncə şəhərində mülki binalara zərbə endirib.

Trend-in məlumatına görə, bunu keçən həftə Ermənistan televiziyasına müsahibəsində ölkənin sabiq prezidenti Serj Sarkisyan deyib.

Gəncədə mülki binalara zərbə endirilib, neft-qaz kəmərlərinə də zərbə endirilməli idi - Sarkisyanın etirafları

Gəncədə mülki binalara zərbə endirilib, neft-qaz kəmərlərinə də zərbə endirilməli idi - Sarkisyanın etirafları

O, "İskəndər"in istifadə olunması barədə dəqiq məlumata malik olduğunu qeyd edib və müharibə vaxtı erməni qoşunlarının Azərbaycanın neft-qaz kəmərlərinə zərbə endirməli olduğunu, amma cavab reaksiyası almaqdan qorxduqları üçün bunu etmədiklərini bildirib.

Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan isə erməni KİV-lərinə müsahibəsində Serj Sarkisyana cavab verib. Etiraf edib ki, bəli, Ermənistan Azərbaycana qarşı "İskəndər" raketindən istifadə edib, lakin raket partlamayıb.

Ermənistan Azərbaycana qarşı "İsgəndər" raketindən istifadə edib, lakin raket partlamayıb - Paşinyandan Sarkisyana cavab

Ermənistan Azərbaycana qarşı "İsgəndər" raketindən istifadə edib, lakin raket partlamayıb - Paşinyandan Sarkisyana cavab

"Sarkisyan "İskəndər" raketinin niyə partlamadığı və ya niyə, məsələn, 10 faizinin partladığı barədə sual versin" - deyə, N.Paşinyan Sarkisyana cavabında bildirib. O, həmçinin S.Sarkisyanın "məxməri inqilab"dan sonra silahların alınması proqramında dəyişikliklər edildiyi barədə sözlərini də təkzib edib.

Beləliklə, Nikol Paşinyanın bu fikirlərini Rusiyaya, xüsusilə də Rusiya hərbi sənaye kompleksinə ağır zərbə kimi qiymətləndirmək olar. Çünki "İsgəndər" Rusiya istehsalıdır və onu vaxtilə məhz Serj Sarkisyan Rusiyadan alıb.

Bu açlqlama ilə Paşinyan bir daha anti-Rusiya mövqeyini sərgilədi və Rusiyanın müasir silahlarından biri olan "İskəndər"in nüfuzunu yerlə yeksan etdi.

Görünən isə odur ki, bu xəmir hələ çox su aparacaq...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti