...

Qərbdə Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi ilə bağlı məsələ qaldırılmalıdır - ukraynalı ekspert

Siyasət Materials 11 Aprel 2021 23:45 (UTC +04:00)

Bakı. Ceyla Əliyeva - Trend:

Digər ölkələr Ermənistanın Azərbaycana minalanmış ərazi xəritələrini verməkdən imtina etməsi məsələsini Qərbdə qaldırmalıdır.

Trend-in məlumatına görə, bu barədə Ukrayna "Kiyev-Mogilyov Akademiyası" Milli Universitetinin professoru Taras Kuzio bildirib.

O vurğulayıb ki, indi minaların partlamasından ölən insanlar hərbi deyil, mülki insanlardır və bunların üçdə biri uşaqlardır.

Professor ermənilərin iki dəfə mina qoyduğunu qeyd edib: ilk dəfə bunu işğal dövründə, ikinci dəfə isə azad edilmiş torpaqları tərk edən zaman: "Onlar qəsdən məcburi köçkünlərin geri qayıda bilməmələri üçün şərait yaratmaq istəyirdilər".

"Onlar bunu məğlubiyyətə görə qəzəbdən ediblər" - dəyə professor əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti