...

Heydər Əliyevin Azərbaycanın həyatının bütün istiqamətlərində nəhəng əməyini və təsirini qiymətləndirmək çox çətindir - Natiq Rəsulzadə

Siyasət Materials 10 May 2021 14:05 (UTC +04:00)
Heydər Əliyevin Azərbaycanın həyatının bütün istiqamətlərində nəhəng əməyini və təsirini qiymətləndirmək çox çətindir - Natiq Rəsulzadə

Bakı. Vüqar İmanov - Trend:

Azərbaycan xalqının ümummilli lideri, böyük Heydər Əliyev mənim yaradıcılığımda və həyatımda böyük rol oynayıb.

Bunu Trend-ə xalq yazıçısı Natiq Rəsulzadə deyib.

O, ömrünün sonunadək Heydər Əliyevin xoş münasibətini xatırlayacağını vurğulayıb: "O, bir çox yaradıcı insanın, o cümlədən mədəniyyət, elm xadimlərinin, eləcə də adi vətəndaşların həyatında olduğu kimi, mənim də yaradıcılığımda və həyatında böyük rol oynayıb".

Yazıçının sözlərinə görə, ötən əsrin 70-80-ci illərində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olan Heydər Əliyev respublikanın rayonlarına səfərlər edirdi: "O, adətən, bu səfərlərə partiya aparıtının əməkdaşları arasında gəncləri vəziyalıları aparırdı. Bu səfərlərin birində mən də iştirak etmişdim. Biz İsmayıllı rayonuna, məşur Nikitinin sədrlik etdiyi İvanovka sovxozuna getmişdik. Dahi Heydər Əliyevlə bir neçə günlük ünsiyyət bizim üçün həm bayram, həm də əvəzolunmaz həyat dərsi idi. Ciddi söhbətlərin arasında Heydər Əliyev zarafatlaşmağı da sevirdi, onun çox gözəl yumor hissi var idi. Bir dəfə Nikitinlə görüş zamanı Heydər Əliyev məni göstərib Nikitinə dedi: "Bax, sənin üçün gənc yazıçı gətirmişəm, sənin haqqında roman yazacaq. Gənc rəssam gətirmişəm, sənin rəsmini çəkəcək, gənc bəstəkar da gətirmişəm, sənin şərəfinə kantata yazacaq. Daha nə istəyirsən?". O, həmişə hər kəsdən çox məsuliyyətli olmağı tələb edirdi, amma eyni zamanda mühiti yumşaltmağı da bacarırdı".

N.Rəsulzadə, həmçinin Bakıda və daha sonra Moskvada çap olunan və səs-küyə səbəb olmuş kitabı ilə bağlı da danışıb: "Yaradıcı ziyalılar üçün asan o olmayan dövrdə, sovet senzurasının hökm sürdüyü vaxtda mənim üçün də asan olmadı. Yazılarım mətbuatda çap olunmurdu, kitablarım nəşriyyatların planlarından çıxarılırdı, məni hər yerdə tənqid edirdilər. Bir dəfə mən Yazıçılar İttifaqının sədri İmran Qasımovun yanına gəldim və Azərbaycanı tərk etmək istədiyimi bildirdim, çünki məni hər tərəfdən sıxırdılar. O isə mənə qulaq asandan sonra tələsməməyimi dedi. İki həftə sonra məni İmran Qasımovun yanına çağırdılar və mən indiyə kimi onun bu sözlərini xatırlayıram - "Artıq rahat nəfəs ala bilərsən. Heydər Əliyev sənin kitabınla tanış oldu və orada müxalif fikirlərə rast gəlmədi. O dedi ki, bəli, respublikada bəzi mənfi təzahürlər var, amma bununla mübarizə aparırıq". Bundan sonra mənə münasibət dəyişdi, məni çap etməyə, tərifləməyə başladılar. Mənim yazıçılıq taleyim ondan sonra yoluna düşdü. Dahi Heydər Əliyevin müdaxiləsi olmasaydı, bu, baş verməyə bilərdi".

O bildirib ki, istedadlı həmvətənlərimizin irəli çəkilməsində və təblğində Heydər Əliyevin rolu əvəzsizdir: "Onun Azərbaycanın həyatının bütün istiqamətlərində nəhəng əməyini və təsirini qiymətləndirmək çox çətindir. O, hər şeyi doğma Azərbaycan üçün edirdi, Azərbaycanla yaşayır və nəfəs alırdı. İndi müstəqil ölkəmizin bəxti onda gətirib ki, dahi ümummilli liderin əvəzinə onun layiqli davamçısı, hörmətli prezidentimiz İlham Əliyev gəlib. O da öz dahi atası kimi Azərbaycanla yaşayır, nəfəs alır və hər şeyi Azərbaycan naminə edir. Heydər Əliyev Azərbaycanı uçurumda xilas etdi, Prezident, Ali Baş Komandanımız İlham Əliyev isə Azərbaycanın ərazi bütövlüyünü, bölünməzliyini bərpa etdi. Erməni işğalçılarını qovaraq müqəddəs torpaqlarımızı, Azərbaycan mədəniyyətinin tarixi vətəni Şuşa şəhərini, Qarabağı qaytardı və ölkəmizin, xalqımızın çiçəklənməsi üçün hər şeyi edir.

Mən bir neçə il əvvəl demişdim: Biz Azərbaycan xalqının ümummilli liderini xatırlayarkən, Böyük Heydər Əliyev deyirik. Vaxt gələcək və biz onun varisi, onun yolunu layiqincə davam etdirən Böyük İlham Əliyevi xatırlayacağıq. O vaxt gəlib çatıb!".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti