...

Sirac Abışovla vida mərasimi (FOTO)

Siyasət Materials 5 İyun 2021 12:22 (UTC +04:00)
Sirac Abışovla vida mərasimi (FOTO)

Bakı. Trend:

Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan AzTV-nin operatoru Sirac Abışovla vida mərasimi keçirilib.

Trend-in məlumatına görə, vida mərasimi Sirac Abışovun yaşadığı evdə - Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində keçirilib.

Vida mərasimində dövlət rəsmiləri, vətəndaşlar, mərhumun yaxınları iştirak ediblər. Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin tapşırığı ilə vida mərasimində iştirak edib, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın başsağlığını çatdırıb.

Xatırladaq ki, iyunun 4-də Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Azərtac İnformasiya Agentliyinin 1982-ci il təvəllüdlü əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Həmin şəxslər işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti