...

Azərbaycan ilə Pakistan hərbi nümayəndə heyətlərinin görüşü olub

Siyasət Materials 22 İyun 2021 20:37 (UTC +04:00)
Azərbaycan ilə Pakistan hərbi nümayəndə heyətlərinin görüşü olub

Bakı. Trend:

Moskvada keçirilən IX Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində iyunun 22-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Pakistan İslam Respublikasının Müdafiə nazirinin müavini general-leytenant Mian Muhəmməd Hilal Hüseynin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə tərəflər hər iki ölkənin orduları arasında əlaqələrin daha da genişləndirilməsi məsələlərini müzakirə edib, hərbi əməkdaşlığın əsas istiqamətlərinə dair fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti