...

Birinci vitse-prezident Mehriban Əliyeva Yaqub Zurufçunun müalicəsini nəzarətə götürüb

Siyasət Materials 9 Sentyabr 2021 22:30 (UTC +04:00)
Birinci vitse-prezident Mehriban Əliyeva Yaqub Zurufçunun müalicəsini nəzarətə götürüb

Bakı. Trend:

Birinci vitse-prezident Mehriban Əliyeva koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun müalicəsini nəzarətə götürüb.

Bu barədə Trend-ə Yaqub Zurufçunun həyat yoldaşı Aynur Zurufçu məlumat verib.

Onun sözlərinə görə, hazırda Yaqub Zurufçunun vəziyyəti ilə bağlı məsələ Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir. Yaqub Zurufçunun müalicəsi üçün xaricdən həkim də dəvət olunub.

Qeyd edək ki, koronavirusa yoluxan Yaqub Zurufçu "Yeni Klinika"ya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti