...

Sosial siyasətin uğurlu istiqamətlərindən biri şəhid ailələrinə daimi qayğıdır - Deputat

Siyasət Materials 26 Oktyabr 2021 19:58 (UTC +04:00)
Sosial siyasətin uğurlu istiqamətlərindən biri şəhid ailələrinə daimi qayğıdır - Deputat

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Prezidentinin apardığı sosial siyasətin ən uğurlu istiqamətlərindən biri də həssas qrupdan olan insanlara göstərilən daimi diqqət və qayğıdır. Bu təbəqədən olan şəhid ailələri və müharibə əlillərinə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva daim diqqət göstərir.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, ötən gün Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Qubadlının işğaldan azad olunmasının bir ili münasibətilə qubadlılılarla keçirilən görüşündə bu diqqət və qayğının bir daha şahidi olduq: “Bundan öncə zəngilanlılara görüşdə də eyni diqqəti görmüşdük. Ümumiyyətlə, cənab Prezidentin hər zaman görüşündə şəhidlərin adının uca tutulması, onların yad edilməsi və xatirələrinin hər zaman xalq tərəfindən anılması və diqqətdə saxlanılması qeyd edilirdi və bildirilirdi ki, şəhidlərin adlarının əbədiləşdirilməsi üçün işlər gedir və bundan sonra da gedəcək.

Cənab Prezidentin qubadlılılarla görüşündə xüsusi diqqət çəkən məqamlardan biri də Milli Qəhrəman Şükür Həmidovun atası Nəriman Şükürovla görüş zamanı dövlət başçısının onu nə qədər diqqətlə dinləməsi, onunla nə qədər səmimi ünsiyyətdə olması oldu.

Dövlət başçısı qubadlılılarla görüş zamanı azad edilmiş şəhər və kəndlərdə bərpa işləri başa çatandan sonra şəhidlərin xatirəsinin əbədiləşdirilməsinin geniş vüsət alacağıni qeyd etdi və bildirdi ki, azad edilmiş bütün şəhər-kəndlərimizdə bərpa işləri başa çatandan sonra şəhidlərimizin adına küçələr qoyulacaq, onların adı məktəblərə veriləcək. Hər bir şəhidin şəhid olduğu yerdə adının əbədiləşdirilməsi tarixi və mənəvi baxımdan çox böyük hadisə olacaq. Bu eyni zamanda onların qəhrəmanlıqlarının gələcək nəsillərə çatdırılması üçün önəmli addım olmaqla yanaşı, şəhid ailələrinə böyük təsəlli olacaq”.

Deputat vurğulayıb ki, Azərbaycanda sosial siyasətin uğurlu istiqamətlərindən biri də şəhid ailələrinə və müharibə əlillərinə göstərilən diqqətdir: “Şəhid ailələri və müharibə əlillərinə dövlət dəstəyi geniş istiqamətləri əhatə edir. Bura maddi və sosial təminat, psixoloji dəstək, reabilitasiya xidməti, məşğulluq məsələləri, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər istiqamətlər daxildir.

Şəhid ailələrinə və müharibə əlilləri bundan sonra da daim diqqət mərkəzində olacaq. Cənab Prezidentin 25.01.21 tarixli Sərəncamı ilə yeni proqramlar təsdiq edilib və 2025-ci ilə qədər şəhid ailələri və müharibə əlillərinə 11 minə qədər mənzil və fərdi evlərin təqdim edilməsi nəzərdə tutulur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti