...

Prezident İlham Əliyev: Bakı Forumunda gündəlikdə duran təxirəsalınmaz məsələlər müzakirə olunacaq

Siyasət Materials 4 Noyabr 2021 10:24 (UTC +04:00)
Prezident İlham Əliyev: Bakı Forumunda gündəlikdə duran təxirəsalınmaz məsələlər müzakirə olunacaq

Bakı. Trend:

Bakı Forumunda gündəlikdə duran təxirəsalınmaz məsələlər müzakirə olunacaq.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Hörmətli dostlar, hörmətli xanımlar və cənablar, hörmətli Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, hörmətli iştirakçılar. Sizin hamınızı salamlayıram. Bizimlə olduğunuza görə sizə təşəkkürümü bildirmək istəyirəm.

Mərkəzin həmsədrləri ilə 2021-ci ildə keçiriləcək illik Qlobal Bakı Forumunu müzakirə edəndə biz burada - Bakıda belə geniş təqdimatların olacağını heç təsəvvürümüzə belə gətirə bilməzdik. Bu, birinci növbədə onu göstərir ki, COVID ilə bağlı vəziyyət yaxşılaşır. İkinci növbədə isə, əlbəttə ki, həmçinin onu göstərir ki, siz bu tədbirə böyük əhəmiyyət verirsiniz. Çünki Qlobal Bakı Forumu qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə çevrilib.

Əvvəlcə, mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinə, xanım Prezident Vayra Vike-Freyberqaya və cənab Serageldinə Mərkəzə mükəmməl rəhbərlik etdiklərinə görə təşəkkürümü bildirmək istəyirəm. Hətta pandemiya dövründə onların fəaliyyəti çox nəzərə çarpırdı. Məhz onların rəhbərliyi, Mərkəzə və onun ideallarına sadiqliyi sayəsində bu Mərkəz, qeyd etdiyim kimi, aparıcı beynəlxalq təsisatlardan birinə çevrildi. Mən, həmçinin İdarə Heyətinin üzvlərinə onların verdiyi töhfəyə görə təşəkkürümü bildirmək istəyirəm. Həmçinin daimi üzvlərə və iştirakçılara da təşəkkür edirəm.

İdarə Heyətinin üzvləri ilə dünən müzakirə etdiyimiz kimi, bura sanki böyük və mehriban ailədir. Hesab edirəm ki, bu da bizim uğurumuzun səbəblərindən biridir. Sadəcə, bu gün olan iştirakçıların, çıxışçıların, Foruma müraciət edəcək mötəbər şəxslərin siyahısına baxmaq kifayət edər ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nisbətən qısa müddətdə ziyalıların, dövlət məmurlarının, siyasətçilərin, jurnalistlərin, dövlət xadimlərinin və vətəndaş cəmiyyəti üzvlərinin biliklərini, təcrübəsini və baxışını toplayan, böyük potensialı olan çox azsaylı aparıcı beynəlxalq təsisatlardan birinə çevrildiyini deyək. Beləliklə, bugünkü Qlobal Bakı Forumunda gündəlikdə duran təxirəsalınmaz məsələlər müzakirə olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti