...

Qətnamələrin icra olunmaması BMT-yə inamı azaldır - Ceyhun Bayramov

Siyasət Materials 4 Noyabr 2021 13:34 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

30 il ərzində Qarabağ münaqişəsi ilə bağlı qətnamələr yerinə yetirilmədi və bu da öz növbəsində BMT-yə olan etimadı azaldır.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumu çərçivəsində “Post-COVID-19 dövründə qlobal çağırışlar” mövzusunda keçirilən panel müzakirələri zamanı deyib.

C.Bayramov bildirib ki, bu qətnamələr zamanında yerinə yetirilməli idi: “Bir sıra hallarda BMT-nin qətnamələri qısa zamanda yerinə yetirilir. Lakin 30 il ərzində münaqişə ilə bağlı qətnamələr yerinə yetirilmədi və bu da öz növbəsində BMT-yə olan etimadı azaldır.”

Nazir əlavə edib ki, bu qətnamələrin yerinə yetirilməməsi sonunda münaqişənin hərbi-siyasi yolla həll edilməsinə səbəb oldu: “BMT qətnamələrinin səmərəli yerinə yetirilməsi mexanizmi təmin edilməlidir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti