...

Rusiya səfirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

Siyasət Materials 1 Dekabr 2021 10:19 (UTC +04:00)
Rusiya səfirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyanın Azərbaycandakı səfirliyi ötən gün baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı verib.

Trend-in məlumatına görə, bu barədə səfirliyin "Twitter" səhifəsində yazılıb.

"Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların doğmalarına və yaxınlarına başsağlığı veririk, yaralıların tezliklə sağalmasını arzulayırıq! Allah rəhmət eləsin!" - səfirliyin açıqlamasında deyilir.

Qeyd edək ki, ötən gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti