...

Qarabağla bağlı bəyanatlardakı razılaşmalar ümumilikdə icra olunur - Rusiya XİN

Siyasət Materials 24 Dekabr 2021 14:56 (UTC +04:00)
Qarabağla bağlı bəyanatlardakı razılaşmalar ümumilikdə icra olunur - Rusiya XİN

Bakı. Trend:

Qarabağla bağlı bəyanatlardakı razılaşmalar ümumilikdə icra olunur.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

"Razılaşmaların imzalandığı andan keçən hər günün arxasında nəhəng əmək dayanır. Bakı və Yerevan bütün müddəaların yerinə yetirilməsinə sadiqliyini saxlayır. Ekspertlər, diplomatlar, qurumların nümayəndələri dövlət başçılarının verdiyi tapşırıqları və birgə qəbul olunan sənədləri rəhbər tutaraq hər gün işləyirlər", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti