Bakı. Humay Ağacanova - Trend:
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Xocalı faciəsi ilə bağlı paylaşım edib.
Trend-in məlumatına görə, bu barədə Türkiyə XİN başçısının "Twitter" hesabında bildirilib.
“30 il əvvəl Xocalıda dünyanın gözü qarşısında baş verən vəhşiliyi unutmadıq və unudulmasına da imkan verməyəcəyik! Azərbaycanın kədəri bizim kədərimizdir” - deyə paylaşımda qeyd olunub.